“Azərsu” şaxtalı hava şəraiti ilə əlaqədar istehlakçılara xəbərdarlıq edib
Hidrometeoroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların diqqətinə çatdırıb ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, fərdi evlərdə və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi evlərdə və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Abonentlərin diqqətinə çatdırılır ki, fərdi evlərdə və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılmış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və sair) onların yeniləri ilə əvəzlənməsi abunəçilərin hesabına həyata keçirilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəaliyyət göstərən “955” Zəng mərkəzinə müraciət edə bilərlər.

Son xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Venesuela ABŞ-nin miqrasiya siyasətini rədd edib

Şimali Makedoniyada faciə ilə bağlı 7 günlük matəm elan edilib

Oğlundan Hüseyn Dərya ilə bağlı PAYLAŞIM

Yanğında ölənlər arasında məşhur müğənni və qrup üzvləri də var

Nağdəli Xəlilov vəfat etdi

Dövlət Rəqs Ansamblının keçmiş rəqqası intihar etdi

"Fənərbağça" doğma meydanda xal itirdi

Dünyada qızıl ən çox bu ölkələrdədir

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib

Matviyenko Bakıdadır - Yenilənib+Foto

Trampın müşaviri Hikmət Hacıyevlə danışıb

“Özümüzü yiyəsiz komanda kimi hiss edirik” - Cavid Hüseynov

İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır

Paşinyan Makronu Bakı - İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması barədə məlumatlandırıb

Trampın müşaviri: Azərbaycan - Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq

Xalq artisti Ənvər Həsənovun dəfn yeri məlum olub

Dostununun yasına qatılmama səbəbi viral oldu - “Pulun əsirisiniz!”

Ərdoğan Trampla danışdı

Zelenski Baş Qərargah rəisini dəyişdi

ABŞ-da güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb

Xalq artisti Ənvər Həsənov vəfat edib

Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

RUHUMA İÇİRDİM BULAQ ÖMRÜNÜ, BİR ŞAİR ÖMRÜNÜ BELƏ YAŞADIM.

Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi

"Real" səfərdə qalib gəldi

Zelenski: Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31