QƏZETƏ TƏLƏBATIN AZ OLMA SƏBƏBİ NƏDİR???..- FOTOLAR
Dərsdən evə qayıdarkən avtobusda diqqətimi yaşlı biri çəkdi. Eynəyini taxıb, qəzet səhifələrini ehmalca çevirərək, başlıqları nəzərdən keçirirdi. Bu arada qəzetin adı "Ədəbiyyat" idi. Mənim üçün bu fərqli görüntü oldu. Çünki indiki zamanda bu halla rastlaşmaq çətindir. Qəzet oxuyanların sayı getdikcə azalır.Bunun səbəbi nədir? Bu barədə səhəri gün dərsdə Azərbaycanın əməkdar jurnalisti,AJB-nin və AYB-nin üzvü,hal-hazırda BDU-nin Jurnalistika fakültəsinin dosenti, müəllimim Qərənfil Quliyeva ilə müzakirə apardıq.
QƏZETƏ TƏLƏBATIN AZ OLMA SƏBƏBİ NƏDİR???..- FOTOLAR

Qərənfil xanım deyirdi: "Qəzet oxunmursa onun günahı elə biz jurnalistlərdədir. Oxunması üçün qəzetin forması da, məzmunu da bir sözlə, tərtibatı keyfiyyətli olmalıdır. Oxucunu yormamalıdır. Bu günkü jurnalistlər demək olar ki, xəbər janrını yazmaqla kifayətlənir. Oxucunun zövqünü oxşayan publisistik məqalələr niyə də oxunmasın? Bizim döyüşkən, klassik publisistikamız 1918-1920-ci illərdə müstəqilliyimizə nail olmağımızda əvəzsiz xidmətləri olmuşdur. Qəzetdə klassik publisistikadan bəhrələnərək publisistikanı inkişaf etdirməliyik.
Qəzetlərin başlıqları da onların oxunmasında mühüm rol oynayır. Təəssüflər olsun ki, bəzən oxucunu ələ almaq, reytinq uğruna başlıqlar aldadıcı olur. Bu da qəzet oxucularının azalmasına gətirib çıxarır. Başlıqlar qəzetdə körpü rolunu oynayır.Çox informasiyanı sənə o verir, yazı isə həmin başlığı şərh edir. Ona görə də başlıq elə yazılmalıdır ki, oxucunun diqqətini çəksin."Müzakirə həm mənim, həm də qrup yoldaşlarım üçün maarifyönümlü oldu.

Zəng vuruldu. Fasilə zamanı dəhlizdə "Qəzetdə praktik iş" fənnini tədris edən Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti,Filologiya üzrə fəlsəfə doktoru
Könül Niftəliyeva ilə rastlaşdım.

QƏZETƏ TƏLƏBATIN AZ OLMA SƏBƏBİ NƏDİR???..- FOTOLAR

Könül xanımın da bu mövzuda fikirləri mənim üçün çox önəmli idi. Otağına keçib maraqlı müzakirə apardıq. O, bu məsələ barədə belə düşünür:
"Açıq aydın görünür ki, indiki dövrdə onlayn media çap mediasını üstələyib. Əvvəl Bakı Dövlət Universitetinin dekanı olmuş Yalçın müəllim bizə deyərdi ki, radio yarananda dedilər ki, qəzet oxunmaycaq. Amma radio inkişaf edə-edə qəzetlər də oxundu. Televiziya yarananda həmçinin belə düşünürdülər ki, radio dinləyən olmayacaq. Lakin televiziya inkişaf edərkən də insanlar radiodan istifadə edirdilər. Onlayn media daha əlçatımlı, daha operativ olduğu üçün digər kütləvi informasiya vasitələri ilə müqayisədə ön plandadır. Buna baxmayaraq radionun da, televiziyanın da, qəzetin də özünəməxsus auditoriyası var.
QƏZETƏ TƏLƏBATIN AZ OLMA SƏBƏBİ NƏDİR???..- FOTOLAR

Keçmiş dövrlə indiki dövrü müqayisə etsək, qəzetin oxucu sayı arasında çox fərq olduğunu görə bilərik. Qəzetin az oxunmasının bir səbəbi olaraq qəzetçiləri misal göstərmək olar. Tam olaraq da onların günahı hesab etmək haqsızlıq olar, çünki maliyyə problemi də var. Media ən çox reklam üzərində qurulub, qəzetə də reklam verən yoxdur. Dünya təcrübəsinə baxsaq, qəzetlərin rəngarəng olduğunu müşahidə edə bilərik. Bu da maliyyə tələb edir. Qəzetçilərimiz qəzetin oxunması üçün bu üsullardan istifadə etsə, oxucunun artmasına səbəb ola bilər. Məsələn; İnsanların kütləvi toplaşdığı yerlərdə qəzetlərin satışını təşkil edə bilərlər. Qəzetlərdə analitik, araşdırma tipli yazılar verərək də oxucunun diqqətini çəkmək olar."
QƏZETƏ TƏLƏBATIN AZ OLMA SƏBƏBİ NƏDİR???..- FOTOLAR

Məndə hər iki müzakirəni qısaldıb deyə bilərəm ki, qəzetin tərtibatı onun oxunmasında, oxucu auditoriyasını özünə cəlb etməkdə mühüm rol oynayır. Şriftlər böyüdülüb, şəkillərin sayı artsa diqqəti daha çox çəkər. Bunu da qeyd edim ki, qəzet hələ də həyatımızda mühüm rol oynayır. Gördüyüm yaşlı qəzeti oxuyaraq maarifləndi, məndə bu məsələni müəllimlərimlə müzakirə edərək.


Nigar İman-Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin III kurs tələbəsi

Son xəbərlər

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

MƏMMƏD QƏDİR : Qulağının dalın görərsən - FOTO

Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Moskva da yağışlara tab gətirmədi - Şəhəri su basdı

“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930