Qadınların pensiya yaşı aşağı salına bilər — AÇIQLAMA
Azərbaycanda qanunvericiliyə əsasən pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63 yaşdır. Bəzi şəxslər bu yaş həddinin çox olduğunu deyir və təklif edir ki, onu azaltmaq lazımdır. Amma beynəlxalq praktikaya nəzər yetirdikdə, inkişaf etmiş ölkələrdə yaş həddi bizdəkindən çoxdur. Bununla belə diqqəti əmək pensiyası hüququnu qazanmaq məsələsinə yönəltmək lazımdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Onun fikrincə, ölkə iqtisadiyyatı elə inkişaf səviyyəsinə malik olmalıdır ki, çalışanlar əmək pensiyası hüququnu tez əldə etməyə nail ola bilsinlər: “Yəni bu, iqtisadiyyatın inkişafına bağlıdır. Hər şeyi dövlətdən gözləmək doğru deyil. Dövlət pensiyanı vətəndaşlara nəyin hesabına verir? Vətəndaşlara vaxtı ilə bu və ya digər sahədə çalışdıqları və aldıqları əmək haqlarından əldə etdikləri vergi, sosial ayırmaları hesabına yığılan vəsaitin sayəsində verilir. İndi isə dövlət ona çalışır ki, vətəndaşlarımız çalışdıqları sahədə daha çox əməkhaqqı alsın, nəticədə ondan da daha yüksək sosial ayırmanı alsınlar. Pensiya hüququ çatanda həmin vətəndaşa həmin pensiyanı ödəmək imkanı olsun.

Mən də istəyərdim ki, kişilər üçün 60 yaşında pensiya hüququ tanınsın. Amma dövlət həmin vəsaiti ödəmək gücündə deyil axı. Gərək mən o dərəcədə, yüksək səviyyədə əməkhaqqı alım ki, 55-60 yaşına qədər elə dfərəcə sosial ayırma, dövlətə vergi ödəyim ki, sosial sığorta pensiya məbləği yaransın, mən də onun hesabına 55-60 yaşında pensiyaya çıxım”.
Qadınlara gəlincə, ekspert qeyd edib ki, ölüm faktını, statistik rəqəmləri incələmək lazımdır:

"Qadınların pensiya üçün 63 yaşdan aşağı salmaq olar. Qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə kişilərdən 2 il tez pensiyaya çıxırlar, yaş həddini bir az da aşağı salmaq olar. Sosial pensiya sığorta sistemində mexanizm elə səviyyədə təşkil olunmalıdır ki, yaş həddinin aşağı salınmasından danışmaq mümkün olsun. Vətəndaşların pensiya hüququ əldə etməsi üçün pensiya kapitalı təqribən 34 min manat hesab olunur. Həmin vəsaiti pensiyalarla indeksləşdirəndə vəsait dəyişir. Gələcəkdə pensiya kapitalını qısa müddətə əldə etmək üçün iqtisadiyyat güclü inkişaf etməlidir”.

Son xəbərlər

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031