Ombudsman Latviyada rəsmi səfərdədir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva Latviya Respublikasının paytaxtı Riqa şəhərinə rəsmi səfərə gedib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, S.Əliyeva səfər çərçivəsində Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyində olub. Ombudsman səfirliyin binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad edib.

Latviya səfəri çərçivəsində S.Əliyeva qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri İnete Lelite və İluta Leys ilə görüş keçirib.

Görüşdə Azərbaycanda qadın hüquqlarının təmini istiqamətində görülən işlər, ombudsman tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verilmiş təklif və tövsiyələr barədə danışılıb.

Azərbaycan ombudsmanı Ermənistanın ölkəmizə qarşı uzun illər davam etdirdiyi təcavüzkar siyasətin nəticələrindən qadınların da əziyyət çəkdiyini, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş, işgəncəyə məruz qalmış dinc sakinlər arasında qadınların da olduğunu nəzərə çatdırıb. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, Ermənistanın bu günədək taleləri barədə məlumat vermədiyi dörd minə yaxın soydaşımız arasında da çoxsaylı qadın və uşaqların olduğu vurğulanıb. Ombudsman əsir və girov götürülmüş həmin azərbaycanlılar arasında BQXK tərəfindən sağ olduğu təsdiqlənmiş 54 nəfərdən 6-sı qadın olmaqla 33 nəfərin daha sonra qətlə yetirilməsinin üzə çıxdığını diqqətə çatdırıb.

Latviyanın qadın hüquq müdafiəçiləri görüşlərdə fəaliyyət istiqamətləri, qadınlara dəstək tədbirləri barədə ətraflı məlumat veriblər. Hüquq müdafiəçiləri bu sahədə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın çox vacib olduğunu bildiriblər.

Ombudsman daha sonra Latviya-Azərbaycan parlamentlərarası dostluq komitəsinin üzvü, deputat Roman Naudinşlə görüş keçirib. Görüşdə insan hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif məsələlər, ombudsman təsisatları ilə parlamentlər arasında əlaqələrin səmərəli qurulmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

S.Əliyeva növbəti görüşünü Latviyanın ombudsman təsisatında keçirib. Görüş zamanı qurumların fəaliyyət istiqamətləri, şikayətlərə baxılması qaydası ilə bağlı məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı müzakirə aparılıb.

Azərbaycan ombudsmanı çıxışında təsisatın çoxşaxəli fəaliyyətindən danışıb, qanun layihələrinin insan hüquqları baxımından təhlili, illik məruzədə öz əksini tapan təklif və tövsiyələrlə bağlı məlumat verib.
Ombudsman Latviyada rəsmi səfərdədir
Ombudsman Latviyada rəsmi səfərdədir
Ombudsman Latviyada rəsmi səfərdədir

Son xəbərlər

“Ağdamın ilk məzunu olmaq ağlıma belə gəlməzdi” - Foto

Sabahın hava proqnozu açıqlanıb

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Türkiyəli məşhurlar uşaqlarının məzun günündə - Fotolar

Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir?

İngilis dili müəlliminin paylaşdığı tədris videosu

Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq

Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930