Ən böyük problemimiz iş yerlərinin olmamasıdır

Baxış Sayı:137

Ən böyük problemimiz iş yerlərinin olmamasıdır
Ən böyük problemimiz iş yerlərinin olmamasıdır. Bölgələrdən Bakıya axının qarşısını almaq istəyirsinizsə, bölgələrimizin inkişafı üçün mühüm addımlar atmaq lazımdır. Bu qanunla tənzimlənməli və xüsusi imtiyazlar sayəsində həyata keçirilməlidir.
Biz bilirik ki, iş verən və işçi arasında əmək müqaviləsi əksər iş yerlərində həyata keçirilmir. İşçilərə istirahət günü ayrılmır. Bir çox iş yerlərinin sahibləri işçiləri qanunsuz olaraq işlədir. Bu da işçinin bütün hüquqlarının əlindən alınmasına səbəb olur. Qaçaq işçi işlədilməsindən bir tək insanlar ziyan görmür, eyni zamanda dovlətimizə də ziyan dəyir. Vergidən yayınma hallarına, dövlətin iş yerlərinin yaradılması siyasətinə, bir çox dövlət büdcəsindən maliyyələşən qeyri hökumət təşkilatlarının fəaliyyətinə və sairə bu sahəyə mükəlləf təşkilatlara, qəbul edilmiş qanunlara qədər külli miqdarda maddi mənəvi ziyanlar dəyməkdədir.
Mən düşünürəm ki, artıq belə hallara dövlət dur deməlidir. Bölgələrdə insanların güzəranının və hüquqlarının keyfiyyəti, qanunla tam nəzarətə götürülməlidir. Bunun üçün dövlətimizdən ciddi addımların atılmasını gözləyirik.

Çingiz ŞAHBAZİ XAÇMAZ
Ən böyük problemimiz iş yerlərinin olmamasıdır
Ən böyük problemimiz iş yerlərinin olmamasıdır

Oxşar xəbərlər
SON XƏBƏRLƏR