Xəbərlər
1.09.2022, 01:25
"Qarabağ"ın rəqibi yenilgidən sona yaxın qurtuldu
Fransa çempionatında 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.
"Sarı yaşıllar" səfərdə “Strasbur”la qarşılaşıb. Görüş 1:1. hesabı ilə yekunlaşıb. Meydan sahibləri 28-ci dəqiqədə hesabı açsa da, "Qalatasaray"ın “Nant”a icarəyə verdiyi hücumçu - misirli Mustafa Məhəmməd 85-ci dəqiqədə komandasını yenilgidən qurtarıb.
5 tura 6 xal toplayan “Nant” 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
“Qarabağ” Fransa təmsilçisi ilə sentyabrın 15-də Bakıda, oktyabrın 27-də səfərdə üz-üzə gələcək.
Nihat

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay