Nur üzlü anam - Mübariz Mənsimov

Baxış Sayı:169

Nur üzlü anam - Mübariz Mənsimov
Nur üzlü anam.


Bu gün Sənin doğum günündür. İnsan övladı hələ elə bir söz fikirləşməyib ki, mənim üçün nə qədər müqəddəs, əziz varlıq olduğunu o sözlə ifadə edə bilim. Ömür boyu atama dirək olmusan, övladlarına tərbiyə vermisən və bu gün biz Sənin əlinin zəhmətinin nəticəsiyik. Birimiz xəstələnən kimi başımızın üstündə keçirdiyin o yuxusuz gecələrə yalnız bir insan tab gətirə bilərdi – Sən. Əllərinin istisinə, qabarına, üzündəki o cizgilərin hər birinə qurban olum. Qəlbinin gözəlliyi üzündədir. Bizi böyüdüb başa çatdırarkən çəkdiyin o olmazın əziyyətlərini heç vaxt unutmaram… Cənnət Sənin ayaqlarının altındadır, çünki Sən cənnətdən də gözəlsən. Hər zaman yanımda ol, mənə yetər. Gözlərin hər zaman sevincdən Zümrüd kimi parıldasın.
Səni dünyalar qədər sevən oğlun Mübariz.
Nur üzlü anam - Mübariz Mənsimov

Nur üzlü anam - Mübariz Mənsimov
Nur üzlü anam - Mübariz Mənsimov
Nur üzlü anam - Mübariz Mənsimov

Turaztv.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR