Kolanıların qədim tarixi - Şirinov Şəhriyar

Baxış Sayı:217

Kolanıların qədim tarixi - Şirinov Şəhriyar
Kolanı tayfası Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadağı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və Irəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar, danışdığı dil tatar, din İslam-şiə olaraq qeydiyyata alınmışdır.Bəzi mənbələrdə kolanıları XVIII əsrdə Nadır şah Əfşarın Xorasandan Azərbaycana köçürdüyü yazılır.Bunun səbəbi isə Hindistandan böyük zəfərlə qayıdan Nadir şah Xorasanda dayanmalı oldu. Lakin burada yaşayan Kolanı tayfa əyanları onun pişvazına çıxmadılar və elan etdilər ki, biz Nadir adlı şah tanımırıq. Üstəlik, Nadir şahın qoşunları Xorasan torpaqlarına ciddi müqavimət göstərdilər. Bundan qəzəblənən Nadir şah onların müqavimətini qırdıqdan sonra rəsmi fərmanı ilə müqavimət göstərmiş əyanlar tayfa üzvləri ilə birikdə Qarabağ, Şirvan, Naxçıvan və İrəvan vilayətlərinə köçürülmüşdür. Onlar hələ ilk orta əsrlərdən burada yaşayan qohumlarının torpaqlarında məskunlaşıblar.
Bu zaman bir sual ortaya çıxır.
Kolanı tayfası yalnız Xorasandamı yaşayıb?
Əlbəttəki xeyr. Kolanı tayfasının əsasən, Azərbaycan, İran və Türkiyə ərazilərində yaşamaları onların mənşəyi barədə fikrimizə əlavədir. Kolanı tayfasının tarixən yaşadığı bir sıra ərazilərə nəzər saldıqda, məsələn, Azərbaycanda Şahbuz, Babək, Culfa, Vedi, Dərələyəz, İrəvan, Göyçə, Salyan, Siyəzən, Hacıqabul, Tərtər, Yevlax, Ağcabədi, Neftçala, Ağdərə, Kəlbəcər, Ağdam və başqa, Türkiyədə İqdır, Malatya, Kilis, Kayseri, Yozgat, Kahramanmaraş, Amasya və başqa, İranın Urmiya, Xoy, Salmas, Qaradağ, Təbriz, Muğan, Xorasan bölgələrində yaşamışdır.Həmçinin həmin bölgələrin tarixi türk yurdları olduğu məlum olur və bu səbəbdən Kolanı tayfasının da eyni ərazilərdə tarixən yaşaması baxımından onların türklüyünə dair daha bir fakt əldə etmiş oluruq.Bundan əlavə Kolanı tayfası içərisində olan tirə və nəsil adları bu tayfanın türklüyünə dəlalət edən sübutlardandır. Qaravənd (Qərvənd, Qarıbənd), Şeyxavənd (Şıxavənd, Şəxavənd), Köçərli, Goran (Coran), Türəni (Turanı), Ağsaqlı (Axsaqlı), Həzili, Osallı, Lolaylı (Lolayı), Pirəvənd (Pirəvəd), Şadılı (Şidli, Sədli), Alataxtalı, Qaraoğlanlı, Borravənd, Qaramanlı, Qoyunlu, Vəkəli, Dirəvərlər, Zamanlı, Sədirli, Mirzəxanlı, Bəylər və başqaları bu tirələrdəndir. Kolanı tayfasının əsasən Qarabağ və Şirvan-Muğan qollarına aid olan "vənd" sonluğu türk tayfalarına məxsus şəkilçi olub, Cavanşir tayfasının qolları içərisində, bulqar tayfalarında işlənmiş, həmçinin müasir dövrdə də İran Azərbaycanlılarında soyad sonluğu kimi işlənir və fikrimizcə mənsubiyyət bildirir. Orta Asiya və Azərbaycan türklərinə aid tarixi Dərbənd, Erbend, Gürbənd, Yağlavənd, Xocavənd, Gülvənd, Ruzvənd, Turarabənd, Vibənd və s. yer adlarından məlum olur ki, türk dilinə aid olan "bənd, vənd" sonluğu çox işlənmişdir. Zaman keçdikcə Azərbaycan dilində bu şəkilçi "vənd" formasına düşmüşdür. Qeyd edək ki, "vənd" sonluğunun Qarabağ xanlığı zamanında və ərazisində geniş işlənməyə başladığı nəzərə çarpır. Kolanı tayfasının türkmənşəli olması bu tayfanın tədqiqatçıları və başqa tarixçilər tərəfindən də təsdiqlənmişdir. Bu sahədə N.Bəndəliyev, B.Budaqov, T.Vəliyev, F.Səfərli, İ.Hacıyev, A.Bağırov, A.Qurbanov, N.Xudiyev, R.Yüzbaşov, B.Abbasoğlu, S.Qəniyev, Ə.Ələkbərli, İ.Bayramov, E.Seyidbəyli və digərlərinin tədqiqatlarını göstərmək olar. Tayfanın mənşəyinə dair bu tayfanın onu türk tayfalarından hansına aid olmasıdır. Bu tayfanı peçeneq və oğuz türklərinə bağlayan tədqiqatçılar vardır. Kolanı tayfasını daha sistemli şəkildə tədqiq edən N.Bəndəliyev başda olmaqla bu tayfanı oğuz tayfa ittifaqına daxil edən tədqiqatçılar daha çox üstünlük təşkil edir. T.Vəliyev bu tayfanı oğuz mənşəli Səlcuqlar dövlətinin banisi olan Səlcuğun nəvəsi Musa Kolanla bağlayır. Belə bir faktı da nəzərə almaq lazımdır ki, 1795-ci ildə Kolanı obalarının bir hissəsi Qarabağdan Şirvan və Gürcüstana göndəriləndə onların Kolanı mahalındakı yarı boş qalmış tarixi yurdlarına müxtəlif yerlərdən gəlmiş kürd ailələr də yerləşmişdir. Sonralar Kolanı mahalında Kürdlər kənd adının yaranması da bununla əlaqədar olmalıdır. Qeyd edək ki, Qacarın Qarabağa hücumundan bir müddət sonra Kolanı obaların bəziləri öz yurdlarına geri qayıtmışdır. Kolanı mahalında çar hakimiyyəti zamanında da kürdlərin yerləşməsinin canlı şahidi olan Baba bəy Şakir (1780-1845) "Quberniya bina olandan bəri" adlı satirik bir şerində
"Kolanı Cəmilliyə, Kürdüstanə dönüb" deyir
Qarabağın həramisi, yalanı,
üstə düşsən danışmazlar yalanı,
Şimdi derlər təqəllübdə
Kolanı Cəmilliyə, Kürdüstanə dönüb.

Göründüyü kimi "dönmək" feli ilə baş verən etnik tərkibin dəyişməsi açıqca ifadə edilmişdir. Deməli, sonrakı dövrlərdə olduğu kimi XVIII yüzilin sonlarında da Kolanılar Qarabağın türk əhalisi kimi tanınırdı və Kolanı mahalına sonradan kürd ailələr də yerləşmişdir.Kolanı tayfası haqqında bir erməni mənbəsində yazılır:
"Kolanı türk tayfasıdır. Qəddar baxışları, qaniçən gözləri, çiyinlərində silah, bellərində xəncərlər var. Onlar qısa məsafə döyüşçüsü deyillər. Qurbanlarından aldıqlarından narazı qalaraq kilsə və monastırlara hücum edərək onları öldürürdülər. Müqəddəs Yelisey Alilərinin qətli buna misaldır. Bundan əlavə, alman ilxıçı Wildman da bu tayfanın qurbanı oldu."
Üstəlik, Nadir şahın qoşunları Xorasan torpaqlarına ciddi müqavimət göstərdilər. Bundan qəzəblənən Nadir şah onların müqavimətini qırdıqdan sonra rəsmi fərmanı ilə müqavimət göstərmiş əyanlar tayfa üzvləri ilə birikdə Qarabağ, Şirvan, Naxçıvan və İrəvan vilayətlərinə köçürülmüşdür. Onlar hələ ilk orta əsrlərdən burada yaşayan qohumlarının torpaqlarında məskunlaşıblar.
İrəvan xanı Hüseynəli xanın (1759-1783) məktublarının birində kolanıların rəşadətlərindən danışılır. Gürcü çarı II İraklinin İrəvana hücumu zamanı Kolanıların düşmənlərə həlledici zərbələr vurmalarından bəhs olunur.
Son olaraq onu deyə bilərəm ki Kolanı tayfası türk mənşəli olmuşdur.Bu həqiqəti heç nə dəyişdirə bilməz.Bir kolanı olaraq bu barədə yazmaq mənim üçün fəxrdir.
Diqqətinizə görə təşəkkürlər.
Müəllif:
ADPU-nun Şamaxı filialının
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə
II kurs tələbə Şirinov Şəhriyar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR