Van pişiyi haqqında bilmədiklərimiz

Baxış Sayı:91

Van pişiyi haqqında bilmədiklərimiz
Pişiklərin ən gözəli və bənzərsizi Türkiyənin şərqində, Van gölünün ətrafında yaşayır və Van pişiyi adlanır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Van pişiyini digərilərindən fərqləndirən əlamət onun genetik dəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır. Bəzilərinin iki gözü mavi, bəzilərinin isə hər ikisi sarıdır. Tülkü quyruğuna bənzəyən qabarıq quyruğu və ağ, ipək tükləri var. Qışda tükləri artır, yayda isə azalır. Van pişiyi digər pişiklərə nisbətən təmizliyə daha çox diqqət yetirir. Yemiş, qarpız, hətta dondurma kimi qidaları iştaha yeyir və sudan qorxmur. Üzməyi sevən bu pişik cibsinin ovçuluq instinktləri yaxşı inkişaf edib. Yeməkdən əvvəl pəncələri ilə yeməyin hərarətini belə yoxlaya bilir. O həm də mühitə tez uyğunlaşmaq qabiliyyətinə də malikdir.

1992-ci ildə 'Van 100-cü İl Universiteti' Van pişiklərinin genetik, morfoloji və fizioloji xüsusiyyətlərini qorumaq üçün Van Pişikləri Araşdırma Mərkəzini (VKAM) təsis edib. Mərkəz saf cins pişiklərlə yanaşı, ailələrin saxladığı pişiklər də maraqlanır.

O, bədən quruluşuna görə hündür, əzələli və güclüdür. Van pişiyi siçanları ovlamaqla yanaşı, mehriban davranışı və gözəl görünüşü ilə sevimli ev heyvanıdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR