QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
Bir neçə gün bundan öncə işimlə əlaqədar rayona gedirdim. Üç rayon ərazisindən keçdikcə, yol boyu kəndlərin girəcəyində və kəndlərin daxili yollarında ürək ağrıdan, qürurverici, şəhidlərmizin böyük lövhələrdə cərgələnmiş şəkillərin gördükcə beynimdən o qədər suallar gəlib qəlbimə dolurdu ki, bu sualların ağırlığın hiss etmədən qürur keçirirdim. Düşünürdüm ki, nə yaxşı ki, millət, xalq olaraq şəhidlərmizə belə ehtiram və sayğı göstəririk. Neçə gün idi, yol boyu keçdiyim o kəndlərdə gördüyüm mənzərələr yaddaşımdan çıxmırdı.
Bir yandan da, heç bir işini dəyərləndirə bilmədiyim televiziya kanallarmızın, şəhidlərlərmizlə bağlı müntəzəm sərgilədiyi alqışa laiq işləri məni ruhən sakitləşdirirdi. Bütün bunlar ondan xəbər verir ki, zəfər tarixmizi bizə yaşadan şəhidlərimiz, daimi qəlbimizdə əbədi yaşayacaq. Şəhidlərmizə ictimaiyyətin verdiyi dəyərin rahatlığı, heç bir zaman, bizim heç birimizdə arxayınçılıq yaratmayacaq. Hər birimiz, bu işin, şəhidlərmizin təbliğat və təşviqat işinin, daha uğurlu qurulmasına çalışacağıq...
Bu fikirlərlə, şəhidlərmiz haqqında internet portallarında yerləşdirilən video roliklərə, sayıtlarda yazılan yazılarla rastlaşdıqca, düşüncələrimdə bir təlatüm yaranır. Çünki, hər bir şəhidmizin ömür taleyi bir məqamda yekunlaşsada, yaşam dövrü, doğmalarının ona olan münasibətləri ağrılı olsa da, çox mətləblərdən xəbər verir. Hər biri haqqında söylənilən fikirlər, qəlbi ağrıtsa da, diqqət çəkən, ehtirama laiq fikirlər olduğunu özüm üçün qət edirdim. Hər bir zaman şəhidlərimiz haqqında düşünəndə, ilk fikrimdən keçən, həmin balaların onlar haqqında deyilən xoş fikirlərdən qat-qat yüksəklikdə dayandığını anlamışam. Onların hər biri ailəcanlı, vətənsevər, istiqanlı, vicdanl bir vətəndaş, oğul, bala olduğunu dəyərləndirilib.
Hər birinin şəhidlik məqamı, ailələrinə çox üzücü formada, taleyin qisməti kimi çatdırılıb...
09 avqust 2001-ci ildə Sumqayıt şəhərində anadan olan, Sumqayıt şəhər 17 saylı tam orta məktəbində təhsil almış şəhid Nurlan Tofiq oğlu Nuruzadə kimi...
Şəhid Nurlan Nuruzadə 2019 - cu ildə həqiqi hərbi xidmətə çağrılır. Xidmətinini Ağcabədi rayonunda başlayan Nurlan, sonralar Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Nuruzadə 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin işğaldan azad olunmasında, ərazi bütövlüyünün bərpasında Azərbaycan Ordusunun qarşısına qoyulan tapşırığı yerinə yetrilməsində topçu kimi Vətən müharibəsində iştirak etmişdir. Fizuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 01 oktyabr 2020 - ci il tarixdə Fizuli rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Sumqayıt şəhərində şəhidlər xiyabanında dəfn olunmuşdur. Onun döyüş şücaəti dövlət tərəfindən bir çox mükafatlarla mükafatlandırılıb. "Fizulinin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Şəhid Nurlan Nuruzadə şəhidlik məqamına yüksələn gün, hər bir evdə əsgərlərmiz üçün keçrilən narahatçılıq Nurlanın da ailəsində yaşanırmış. Rəhmətlik ( şəhidmizin anası bu yaxınlarda koronovirusdan dünyasın dəyişib) anası bu narahatçılığı ailə üzvlərinə bildirir və oğlu Elşənə, qardaşı Nurlandan xəbər bilməkdən ötrü zəng etməsini tapşırır. Elşən anasını sakitləşdirərək, sabah ad gününün olduğun xatırladaraq, izah edir ki,-" ana narahat olma, Nurlan özü zəng edib, məni təbrik edəcək. Onda səsində eşidərsən, həmdə danışarsan"...
Amma, həmin gün, qardaşının ad günüdə, Nurlanın Azərbaycan bayrağına bükülmüş cənazəsi gətrilir...
Sumqayıt şəhər ictimaiyyəti, dövlət orqanının məmurları böyük izdihamla şəhid Nurlan Tofiq oğlu Nuruzadəni uğrunda canından keçdiyi torpağa tapşırırlar...
P. S. Bu ağrılı, ürək parçalayan qismət yazısın dinlədikcə, bu yazının yazılması içimdə bir rahatlıq yaratdı. Məndə bu acımıza qovrulub, ömrünün 19 - cu baharını yaşayıb, vətənə, torpağa canını fəda edən Nurlan Nuruzadəyə Allahdan rəhmət diləməklə, məkanın cənnət, ruhun şad olsun deyirəm...
Elxas COMƏRD
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...
QARDAŞININ  AD  GÜNÜNDƏ,   EVLƏRİNƏ  ŞƏHİD  GƏLƏN   NURLAN  NURUZADƏ...

Son xəbərlər

Blinken Çinə dörd günlük səfər edəcək

“Mən bu qanunu dərhal qəbul edəcəm”

Gecə saatları DƏHŞƏTLİ XƏBƏR gəldi- 6,3 ballıq GÜCLÜ ZƏLZƏLƏ oldu

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Bu gün Başlıbel faciəsinin ildönümüdür

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Bayden İsrail və Ukraynaya yardım paketlərini dəstəkləyib

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF

ZƏHƏR QATIR AŞIMA - FOTO

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Ən çox nifrət edilən 5 bürc: Hamı onları...

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930