Xəbərlər / Nesr
13.03.2022, 21:31
PEŞƏSİNİN KAMİL BİLİCİSİ - TƏRANƏ ƏMİR qızı CƏBİYEVA YAZIÇI-PUBLİSİST
Bu yazını insanların böyük əksəriyyətinin dilindən yazıram desəm, bəlkə də yanılmaram. Bəli, lap qədim zamanlarda, hələ o dövrlərdə ki, bəşəriyyətdə elm-texnika inkişaf etməmiş tibb elmi təşəkkül tapmışdı. O zamanlar dünyanın özü qədər tarixə malik olan məmləkətimizdə xalq təbabəti mövcud olmuş, xalq məhəbbəti qazanmış təbiblərimiz, türkəçarəçilərimiz, loğmanlarımız olmuşdur. Fitri istedada malik olan bu şəxslərin müxtəlif ot və bitkilərdən hazırladıqları məlhəmlər insanların mübtəla olduqları xəstəliklərdən şəfa tapmalarına səbəb olmuşdur. Elə bu baxımdan da dünyada saysız-hesabsız peşə içərisində bəlkə də ən şərəflisi, ən vacibi həkimlikdir. Həkim əməyi ona görə qiymətli və dəyərlidir ki, o insan ömrünün sağlamlığına, onun bütün dərd-bəlalardan qorunmasına və müdafiə olunmasına xidmət edir. Qüdrətli Azərbaycan xalqının zaman-zaman yetirdiyi bu sayaq işıqlı simalarının istedad nurunun ziyası bu günümüzə də gəlib çatmışdır. Və müasir dünya səhiyyəsinin tərəqqisində ulu bir xalqın dəyərli töhfələrini verməsində mühüm rol oynamışdır. Bu bizim üçün böyük iftixar hissidir ki, maddi sərvətlərlə zəngin diyarımız mənəviyyatı zəngin insanlardan da xali olmayıb.
Söhbət hal-hazırda dövlətimizin bəlkə də daha çox ehtiyac olduğu mərd, sevimli, gözəl insanlarından gedir-həkimlərdən və onların insanlara bəxş etdiyi sağlamlıqdan gedir. Atalar misalıdır: " Adam var evində sevilir, adam var elində ". Həkim əlləri insanların həyata, yaşamağa olan ümid işığıdır. Bu ümid işığını yandırmağa həkim bacarığı, həkim səmimiyyəti gərəkdir.
Belə nurlu insanlardan biri Anar həkim haqqında da çox eşitmişdim. Baxmayaraq ki, hələ çox gəncdir, cavandır, ancaq müxtəlif tədbirlərdə peşəkar həkimlərdən söz düşəndə bu siyahıda Anar həkimin də adının hörmətlə çəkildiyinin dəfələrlə şahidi olmuşam. Onlarla insanı həyata qaytaran, onlarla ailəyə sevinc bəxş edən bu insan öz iş prinsipinə uyğun olaraq ən ağır ürək xəstəliklərindən əziyyət çəkən insanlar üzərində açıq və olduqca mürəkkəb ürək əməliyyatları apararaq onları həyata qaytarır. Müxtəlif ürək çatışmamazlığından əziyyət çəkən xəstələrin bu cür xəstəliklərdən azad olmasına nail olur. Əlbəttə ki, yeni əsrimiz və eramız müasir, savadlı, yüksək intellekt tələb edən insanlar əsri və erasıdır. Cəmiyyətin sivil olması üçün insanların intellekti yüksək olmalı, bəşər sivilizasiyası ilə ayaqlaşmağı bacarmalıdır. Buna görə də elmi potensialın gücləndirilməsi üçün irəlini görən alimlər, elmi işçilər, savadlı həkimlər, bir sözlə yüksək səviyyəli mütəxəssislər lazımdır. Bu baxımdan Anar həkim cəmiyyətimiz üçün son dərəcə gərəkli bir həkimdir. Belə son dərəcə ağır və çətin sahədə zirvələrə ucalmaq, xalqının tanınmış loğmanı kimi ad çıxarmaq həm insanın özünə, həm el-obasına baş ucalığıdır. İnsanlara yenidən həyat bəxş eləyənin mükafatı nə quru sözlə, nə də heç bir var-dövlətlə ölçülə bilməz.
Hazırda Bakı Sağlamlıq Mərkəzində ürək-damar cərrahı işləyən Anar həkimin insanlarla münasibəti, onun simasında və səsindəki doğmalıq, yaxınlıq sanki insana ruhən rahatlıq gətirir. İnsanlıqdan doğan səmimiyyət o qədər əzəmətli, o qədər dəyərlidir ki, onun sanbalını müəyyən etmək üçün nəinki bir məqalənin, hətta böyük bir kitabın tutumu da çox kiçik olar. Bütün bunların bir ünvanı, bir adı var. Soy-kök! Bəli, o soy-kök, o nəsil-nəcabət ki, Anar Həmidov o ailədən, o nəsildən, o ocaqdan qidalanıb, tərbiyə alıb. Soy-kökü ziyalı, zabitəli, elitar olan bu nəsli nəinki doğma rayonu Lerik rayonunda, respublikada, demək olar ki, dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyədə də tanınan Həmidovlar nəslinin nümayəndəsi Anar Həmidov da məhz belə olmalı idi. Atası Əbülfət Həmidov da ixtisasca taravmotoloq-ortoped həkimdir. Əbülfət həkim həm birinci Qarabağ, həm də ikinci Qarabağ müharibəsində könüllü iştirak edən həkimlərimizdəndir. İkinci Qarabağ müharibəsində Anar həkim də atası Əbülfət həkim kimi könüllü olaraq cəbhəyə, ön xəttə yollandı. O, elə bir qeyrətli oğuldur ki, Vətənin ağır günlərində Vətən övladları üçün əlindən gələni, bacardığını əsirgəmədi. Bu, onun Vətən qarşısında ən böyük xidmətlərindən biridir. Özü bu haqqda danışmasa da, verdiyi müsahibələrin birində deyir: "Mən müharibə görməyi, müharibənin şahidi olmağı heç kəsə arzulamıram. Müharibə dəhşətdir, qan=qadadır, ölüm-itimdir. Biz o yaralı əsgərləri görəndə ilk növbədə onların gözlərinin içində vahimə, qorxu görürdük. Ancaq daha çox cəsarət, qisas, torpaqların, şəhidlərimizin intiqamını-qanlarını almaq hissi görürdük, bunu özümüz də çox yaxşı bilirdik. Əvvəl əlbəttə ki, öz canı üçün qorxur, həyəcan keçirir, qan itirib, hansısa bir əzasını itirib. Bu bəlkə də o qorxu idi ki, onlar daha cəbhəyə yaramayacaqlar, düşmənlə üz-üzə gəlməyəcəklər. Məncə yaralı əsgərlərimizin birinci dərəcəli qorxusu ancaq ona görə idi. Onlar biz həkimlərə belə deyirdilər: "həkim, bir an öncə məni ayağa qaldır, mənim tanışlarım ordadır, dostlarım ordadır və ya qohumlarım ordadır". Bir dəfə də belə bir hadisə oldu, əlbəttə ki, cəbhədə çoxlu dəhşətli hadisələr olur, ancaq belə bir hadisə ilə ilk dəfə üzləşdim. Təcili yardımla gələn yaralıların içində bir əsgər gəldi, baxdıq ki, bu əsgər yaralı deyil, ancaq əlində bir əsgər forması vardı. Onu əlində tutub ağlayır və qışqırırdı. Biz əvvəl onun niyə belə etdiyini başa düşmədik. Biz əvvəl elə düşündük ki, o, özü də yaralıdır və onu tez bir zamanda müayinə etdik, gördük ki, bu əsgərin heç bir yarası yoxdur. Və düşündük ki, cəbhədə ən çox olan simptomlardandır, yəqin kantuziyadır. Bu, əlbəttə ki, top səslərindən, yanında partlayan minalardan ola bilərdi. Onu bir az sakinləşdirdik, amma yenə gördük ki, bu əsgər sakitləşmir. Biz ondan niyə axı belə edirsən, deyə soruşduq. Onda həmin əsgər əlindəki əsgər formasını bizə göstərərək dedi ki, "bu, mənim qardaşımındır, qardaşımla yan-yana idik, eyni səngərdə idik, amma indi qardaşım yoxdur, mən atama-anama nə deyəcəm, nə cavab verəcəm?" Həmin an orada, təcili yardımda qırx nəfərədək adam vardı, biz hamımız susmuşduq, nə deyəcəyimizi bilmirdik. Düşmənin atdığı mərmi zamanı qardaşı şəhid olmuşdu. Müharibədə mənə ən çox təsir edən məqamlardan biri də bu olmuşdu"...
Dəyərli oxucularımız! Anar Həmidov sevib-seçdiyi peşəsinin vurğunu, gözəl bilicisidir. Qeyd etdiyim kimi, ulularımızdan bizə miras qalmış ənənələri nəcib əməllərində yaşadan və elmi nailiyyətləri ilə xalqın dərin məhəbbətini qazanan A. Həmidovun hələ irəlidə görüləcək işləri, elmi nailiyyətləri bu soyadın daha da zirvələrə ucalmasına sanballı töhfələr verəcək.
Həyatın gözəl bir qanunu var ki, həyatda bütün insanlar arzu ilə yaşayır. Ötəri arzular da olur, həyatın mənasına çevrilən, ömür yoluna çıraq tutan arzular da. Birinə qovuşan kimi, bundan duyduğun səadəti, xoşbəxtliyi tamam dadmamış yeni arzular doğulur, ona can atırıq. Lakin hər kəsin iç dünyasında bütün ömür boyu qovuşmaq həsrəti ilə yaşadığı, daim buna can atdığı, qovuşanda özünü xoşbəxt sandığı bir ucalıq arzusu var. Bu tamamilə təbii istəkdir. Çünki ucalıqda özünütəsdiq var, yaşanmış ömrün hədər getməməsinin sübutu var, çalışdığı sahənin kamil bilicisi olmağın etirafı var. Bu gün Anar həkim doğrudan da çox gənc olmasına baxmayaraq öz arzusuna qovuşanlardandır. Həyatının və fəaliyyətinin ali məqsədini xalqımızın sağlamlığında görən Anar Həmidov kimi Vətən övladları ilə fəxr etməyə mənəvi haqqımız var. Biz də öz növbəmizdə xeyirxah əməlləri ilə neçə-neçə insanların ürəyində ümid çırağı yandıran Anar həkimə çoxlarından fərqləndirən dəyərli cəhətləri ilə bundan sonrakı həkimlik fəaliyyətində də, həyatında da ancaq və ancaq uğurlar diləyirik.

TƏRANƏ ƏMİR qızı CƏBİYEVA
YAZIÇI-PUBLİSİST
YAZIÇI-PUBLİSİST
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay