Ceyhun Bayramov BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibi Priti Sinha ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) icraçı katibi Priti Sinha ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Azərbaycanın BMT-nin müxtəlif institutları ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini qeyd edib. Ölkəmizin BMT-nin Kapitalın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin ilk illərində işğal faktoru ilə üzləşdiyini, nəticədə dünyada əhalisinin sayına nisbətdə ən çox məcburi köçkün olan ölkəyə çevrildiyini diqqətə çatdırıb. Azərbaycanın əvvəllər yardım alan ölkədən, bu gün beynəlxalq birliyin məsuliyyətli üzvü kimi donor ölkəyə çevrildiyini vurğulayıb.

Ceyhun Bayramov pandemiya dövründə 80 ölkəyə Azərbaycan tərəfindən COVID-19 pandemiyası ilə mübarizə istiqamətində yardımların göstərildiyini bildirib. Nazir, həmçinin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı daxilində edilən yardımlar, ötən həftə Ukraynaya göndərilən humanitar yardım barədə danışıb.

Priti Sinha regiondakı hazırkı vəziyyət, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan böyük həcmli bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb və bu xüsusda BMT-nin Kapitalın İnkişafı Fondu ilə əməkdaşlıqda maraqlı olduğumuz ifadə edilib.

BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibi xanım Priti Sinha səmimi qəbula görə təşəkkürünü bildirib və ölkəmizi müstəqilliyin 30 illiyi, eləcə də BMT ilə münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

O, təmsil etdiyi təşkilatın missiyası, beynəlxalq miqyasda həyata keçirdiyi layihələr, ölkəmizlə əməkdaşlıq perspektivləri barədə danışıb və təşkilatın dünyanın 46 ölkəsi ilə əməkdaşlıq etdiyini və bu ölkələrə müxtəlif istiqamətlərdə, o cümlədən yerli infrastrukturun, kiçik və orta sahibkarlığın inkişafı, rəqəmsal inkişaf və s. sahələrində yardımlar etdiyini deyib.

Azərbaycanla Fond arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraq ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bu gecə “qovuşurlar”

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Qismətim deyilsən - FOTO

Bir Mayis Əlizadə var idi... - FOTO

Paşinyanı təbrik edib, Cənubi Qafqazda sülhə söz verdi

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Yayım tarixi bəlli oldu

Perez Papa ilə görüşdü - Foto

Vətən qızı Brilyant Atəş : İSTƏ - FOTO

ABŞ İrana gedən tankerə zərbə endirib

Onlar da narkotik istifadəçisi imiş

“Güller ve günahlar”da ayrılıq - FOTO

Tərəf müqabili oldular

Xatirə İsmayılova : Hər xəmirdən çörək olmaz, nan olmaz - FOTO

Kimlərə güzəştli kreditlər veriləcək?

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930