Qadın şahmatçılarımız Avropa çempionatında bürünc medal qazanıblar
Azərbaycanın qadınlardan ibarət şahmat komandası Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, doqquzuncu turda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva rəqibləri üzərində qələbə qazanıblar, Gülnar Məmmədova isə uduzub. Komandamız son turda qazandığı qələbə ilə xalların sayını 12-ə çatdıraraq üçüncü yeri tutub. Avropa çempionatının qalibi adını 18 xalla Rusiya komandası qazanıb. Gürcüstan isə 15 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, qadın şahmatçılarımızın qitə çempionatında qazandığı üçüncü bürünc medaldır. Belə ki, qadın şahmatçılarımızdan ibarət komandamız 1992-ci ildə ilk dəfə qatıldıqları yarışı bürünc medalla başa vurub. İkinci medala isə komandamız ötən Avropa çempionatında – Batumidə keçirilmiş yarışda sahib olub.

Son tura qədər liderlər qrupunda mübarizə aparan və çempionluğa iddialı olan kişilərdən ibarət komandamız isə doqquzuncu turda Fransa yığmasına məğlub olub. Belə ki, komandamızın üzvlərindən Teymur Rəcəbov, Rauf Məmmədov, Nicat Abasovun qarşılaşmaları heç-heçə ilə başa çatıb, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya uduzub. Beləliklə, komandamız 12 xalla 5-ci yerdə qərarlaşıb.

Kişilərdən ibarət komandalar arasında 14 xal toplayan Ukrayna komandası Avropa çempionatının qızıl medalını qazanıb. Onunla eyni xalı yığan Fransa yığması isə üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, kişilərdən ibarət komandamız analoji yarışlarda ümumilikdə, 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Belə ki, şahmatçılarımız Avropa çempionatlarında ilk uğurlarını 2007-ci ildə Yunanıstanda keçirilən turnirdə qazanıblar. Heyətində Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədovun yer aldığı komandamız bürünc medal əldə edib. Serbiyada növbəti Avropa çempionatında isə şahmatçılarımız parlaq qələbəyə imza atıblar. Eyni heyətlə turnirə qatılan yığmamız fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Sonrakı Avropa çempionatlarında – 2011-ci ildə Yunanıstanda gümüş, 2013-cü ildə Polşada, 2017-ci ildə isə Yunanıstanda bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.

Qitə çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edib.

Son xəbərlər

"Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi xəbəri yalandır" - MEDİA

Prezident BƏƏ-də tədbirdə iştirak edib - YENİLƏNİB (FOTOLAR)

Türkiyə DİN "TikTok"la bağlı əməliyyat keçirdi: Çox sayda həbs edilən var

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Rusiyanın hərbi obyektləri vuruldu

"İlham Əliyevin bu təşəbbüsü artıq formalaşır" - Lavrov

Şuşa‒Laçın yolu yenidən qurulacaq - SƏRƏNCAM

"Zaurları məhkəməyə vermək istəyirəm" - Xalq artisti

Büdcə zərfi qəbul edildi

Nazirlikdən qızılca vaksini ilə bağlı ÇAĞIRIŞ: Tez bir zamanda...

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycan nefti ucuzlaşdı

Ukrayna artilleriyası təslim olmaq istəyən 25 hərbçini VURDU

Milli Məclis yenidən toplaşır - Gündəlikdə 22 məsələ var

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: YALANDIR

Temperatur 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Prezident Çinlə imzalanan memorandumu təsdiqlədi

Axtarışda оlan 387 nəfər sərhəddə saxlanılıb - RƏSMİ

Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

Ermənistan bizə təzminat ödəməlidir - Ombudsman

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

Elçin Ağacanov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

İki hərbçimiz faciəvi şəkildə öldü

Zelenski-Zalujnı qarşıdurması böyüyür

Azərbaycandan “Altın Kelebey”i onlar ALDI

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031