Xəbərlər
15.09.2021, 13:21
Azərbaycanlı jurnalist uşaqları ilə birgə Almaniyadan deportasiya olundu
Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.
Senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polislər onu hava limanına aparıb və bir qrup azərbaycanlı ilə bərabər ötən gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər.
Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız Atletlər kəndinə aparılıb. Atletlər kəndindən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız COVID-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.
Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri "Yeni Müsavat" qəzeti olub.
Musavat.com
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











