Nazirliyin şirkətində qanun pozuntuları aşkar olundu. AÇIQLAMANazirliyin şirkətində qanun pozuntuları aşkar olundu

Hesablama Palatası 2018-2020-ci illərdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-yə ayrılmış vəsaitlərin auditini aparıb.


"Turaztv.az" bu barədə Palataya istinadən xəbər verir.

Yoxlama nəticəsində məlum olub ki, səhmdar cəmiyyətinin maliyyə fəaliyyəti (funksional fəaliyyət üzrə əvəzsiz əsaslarla dövlət büdcəsindən alınan vəsaitlərin xərclənməsi) prosesində dövlət sifarişləri rəsmiləşdirilmədən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişləri olmadan və yaxud onların icazəsi alınmadan yaşıllıqların salınması və yaşıllıqlara xidmət göstərilməsi hallarına yol verilib, sərəncamında olan dövlət əmlakından səmərəli istifadə olunmaması hallarına da rast gəlinib.

İstirahət zonalarında landşaftın rekreasiya tutumunun müəyyən olunmasında iştirak edilməsi Nizamnamədə fəaliyyət istiqaməti kimi müəyyənləşdirilsə də, auditlə əhatə olunan dövrdə cəmiyyətin bu istiqamətdə fəaliyyəti olmayıb.

ASC-nin tabeliyində dövlət qeydiyyatı ayrıca olmaqla fəaliyyət göstərən 13 hüquqi şəxsin (aktivləri nəqliyyat vasitələrindən ibarət olmaqla ləğvetmə prosesində olan İxtisaslaşmış kompleks mexanizasiya idarəsi istisna olmaqla) aktiv və passivləri 2020-ci ildən etibarən ayrı-ayrılıqda deyil, ASC-nin maliyyə hesabatlarında nəzərə alınıb, həmin hüquqi şəxslərin ləğvi çərçivəsində vergi orqanlarının səlahiyyətlərinə aid edilən vergi ödəyicisi kimi eyniləşdirmə nömrələrinin ləğv olunması prosesi isə auditin keçrildiyi dövrün sonunadək tam başa çatdırılmayıb.

ASC dövlət büdcəsinin vəsaitlərinə olan tələbatın müəyyənləşdirilməsi zamanı Nazirlər Kabinetinin 24.05.2004-cü il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 2-ci (2.2-ci) bəndinin tələblərinə tam riayət etməyiş, hesablamalar keçən ilin faktiki və cari ilin gözlənilən xərclərinin həcminə əsaslanmamış və xərclərin (yəni, ASC-nin büdcə gəlirlərinin) artırılması üçün hüquqi əsaslar mövcud olmadan təklif olunmuş proqnoz göstəricilər (layihələr) təsdiq edilmiş tələbatdan artıq müəyyən edilib. ASC təklif olunmuş tələbatın məbləği ilkin və dürüstləşdirilmiş təyinatların məbləğlərini müxtəlif məzmunlu xərclər üzrə ümumilikdə, müvafiq olaraq 2018-ci ildə 2,2 dəfə (9 691 934 manat) və 94,2% (8 698 840 manat), 2019-cu ildə 40,8% (2 885 545 manat) və 35,1% (2 585 545 manat), 2020-ci ildə isə 15,4% (1 195 786 manat) və 20% (1 495 786 manat) səviyyəsində üstələyib.

Son xəbərlər

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031