ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ EVİ UÇULMUŞ QƏHRƏMAN ANANIN HARAYI

Baxış Sayı:390

ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ EVİ UÇULMUŞ QƏHRƏMAN ANANIN HARAYI


Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya,
Surəti: Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri
cənab Kəmaləddin Heydərova,
Surəti: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri cənab Sahil Babayevə,
Surəti: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri cənab Səttar Möhbalıyevə,
Surəti: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradovaya,
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya,

Ağsu Rayonu Ləngəbiz kənd sakini, Qəhrəman Ana (11 övlad anası),
Salmanova Tifan Şirvan qızı tərəfindən (tel: (055)9396733)


ŞİKAYƏT MƏKTUBU

Çox hörmətli Prezident!

Məlumat üçün bildirirəm ki,05 fevral 2019-cu il tarixdə təbii fəlakət - zəlzələ nəticəsində Ağsu rayonu Ləngəbiz kəndində yaşadığım ikimərtəbəli evim uçulub dağılıbdır. Hamı kimi mən də bu barədə dərhal Ağsu rayon İcra Hakimiyyətinin sabiq başçısı Ənvər Seyidovun qəbulunda olub, evimin zəlzələdən uçulması ilə bağlı həm yazılı, həm də şifahi məlumat verdim. Əvvər müəllim öz işçilərindən evə baxış üçün nümayəndə göndərdi və həmin nümayəndə təbii fəlakət nəticəsində uçulub-dağılan evimin şəklini telefon vasitəsilə çəkib tikinti aparılması üçün söz verib getdilər.
2019-cu ildən İcra hakimiyyətinə etdiyim müraciət qeydiyyata alınsa da, bu günə kimi heç bir tədbir görülməyibdir. Müraciətimin getdiyi ünvan Memarlıq şöbəsinin müdiri Mirəli Qurbanov mənim də işimə laqeyd münasibət göstərir. Mən məcbur olub başqa təhlükələr baş verməsin deyə, zəlzələdən dağılan evimin taxtalarını, daşlarını və qırılmış şiferlərini iki fəhlə gətirib təmizlətdirdim. Onu da qeyd edim ki, 2019-cu ildən bu günə kimi evimin avadanlıqları qonşulardadır və qalmağa yerim yoxdur. Buna baxmayaraq dəfələrlə etdiyim müraciətə laqeyd münasibət göstərilmişdir. Mən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun hər həftə xəstə halda qəbuluna gedirəm ki, məni qəbul edib vəziyyətimlə maraqlansın. Amma Ağsu RİH-in başçısı Rövşən Bağırov məni xəstə Qəhrəman ana və şəhid nənəsini qəbul etməkdən imtina edir.
Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsi ərəfəsində bir aylıq pensiyamı könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri fondunun bank hesabına köçürmüşəm və Ordumuzun düşmənə qalib gəlməsinə görə qurban kəsdim.

Əziz Prezident, hörmətli İlham Heydər oğlu, Sizə və bütün dünyaya söyləyirəm ki, mən on bir övlad, yeddi əsgər dünyaya gətirmişəm. Mənim təqsirim nədir ki, indi evsiz-eşiksiz qalmışam və Sizin Ağsudakı səlahiyyətli nümayəndə Rövşən müəllim məni qəbul edib, dərdimlə maraqlanmır. Həyatım boyu Heydər Əliyevin qurduğu dövləti və Prezident İlham Əliyevin siyasətini canım qədər sevirəm. Sağlamlığımın qorunması üçün dövlətimizdən sanatoriyaya göndərilməyimi Səttar Möhbalıyevdən xahiş edirəm.

Çox hörmətli Prezident!
Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə yazdığım müraciətlər Ağsu rayon İcra Hakimiyyətinə göndərilir, onlarsa mənim Fövqəladə Hallar Nazirliyinə müraciət etməyimi təkrarlayırlar. Fövqəladə Hallar naziri Kəmaləddin müəllimdən xahiş edirəm ki, mən Qəhrəman Anaya kömək etsin. Kənddə başqalarının evləri tikilir, mənim evimi isə tikməkdən niyə imtina edirsiz? Yuxarıda qeyd etdiklərimi nəzərə alıb haqq səsimi, Qəhrəman Ana harayımı Ağsu RİHB-yə göstəriş verməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm.
Ümidvaram ki, Siz cənab Prezident, Müzəffər Ali Baş Komandan xalqımıza, dövlətimizə olan diqqət və qayğınızı məndən - QƏHRƏMAN ANAdan əsirgəməyəcəksiniz.

Hörmətlə:
Qəhrəman Ana
Salmanova Tifan Şirvan qızı

20 Avqust 2021-ci il

Əlaqə tel: (055)939 67 33

Oxşar xəbərlər
SON XƏBƏRLƏR