Şuşaya qayıdış hekayəsini əks etdirən “28” filmi nümayiş olunubTürkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalı başa çatıb.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Turaztv.az xəbər verir Məlumata görə, festivala 120 ölkədən 3123 film təqdim edilib. Münsiflər heyəti festivalın final mərhələsinə 24 film seçib. Onların arasında türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun çəkdiyi qısametrajlı "28” bədii-sənədli filmi də olub. Film Niderlandda yaşayan jurnalist Xatirə Sərdarqızının 12 yaşında olarkən Birinci Qarabağ müharibəsi zamanı aldığı psixoloji sarsıntıdan, 28 illik həsrətdən sonra işğaldan azad edilən doğma Şuşaya qovuşmasından və öz uşaqlıq illərinə qayıtmasından bəhs edir.

“27-29 avqust tarixlərində İstanbulun “Atlas” kinoteatrında filmlərin nümayişi təşkil edilib. Türkiyəli tamaşaçılar "28” filmini böyük maraqla qarşılayıblar. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov filmin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və Birinci Qarabağ müharibəsi zamanı 12 yaşında şəhəri tərk etmək məcburiyyətində qaldığını, onun uşaq vaxtı yaşadığı psixoloji sarsıntılara diqqəti cəlb edib. "Bu hekayədə müharibənin insanlara və uşaqlara yaşatdığı dəhşətli anları, psixoloji sarsıntılara səbəb olduğunu göstərmək istədik. Bundan başqa, məqsədimiz erməni vandallarının işğal zamanı Şuşadakı tarixi-mədəni irsimizi, abidələrimizi tarmar etdiklərini, şəhəri viran qoyduqlarını daha geniş auditoriyanın nəzərinə çatdırmaqdır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ekran əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə hazırlanıb. Növbəti beynəlxalq festivallara təqdim olunması nəzərdə tutulan filmin rejissoru Nazim Şərbətov, ssenari müəllifləri – Orxan Bahadırsoy və Xatirə Sərdarqızıdır. Rolları Xatirə Sərdarqızı və Nuray Məmmədzadə canlandırıblar.

Son xəbərlər

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

MƏMMƏD QƏDİR : Qulağının dalın görərsən - FOTO

Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Moskva da yağışlara tab gətirmədi - Şəhəri su basdı

“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930