ƏHALİNİN DİQQƏTİNƏ! Sabahdan bu məhdudiyyət götürülür

Baxış Sayı:87

ƏHALİNİN DİQQƏTİNƏ! Sabahdan bu məhdudiyyət götürülür08.06.2021-ci il tarixində səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

Bu barədə Oxu24.com-aBakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir.

BNA-dan şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR