Bir sıra ölkələrdə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır - SİYAHI

Baxış Sayı:95

Bir sıra ölkələrdə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır - SİYAHI


Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi bir sıra ölkələrdə bu gündən yumşalmalar başlayır.

Bu barədə TASS xəbər yayıb.

Məlumata görə, Kiprdə komendant saatı qısaldılacaq, insanlar bir sıra xidmət obyektlərindən sərbəst istifadə edə biləcəklər. Bunun üçün artıq koronavirusun olmadığını təsdiqləyən buraxılış vərəqəsi lazım deyil.

Avstriyada məktəblər yenidən dərs rejiminə qayıdır.

İngiltərədə kinoteatrlar, teatrlar, muzeylər, konsert salonları, həmçinin restoran, pab və barlar yenidən açılacaq. Universitetlər əyani dərslərə qayıdacaq, tələbələrə və məktəblilərə siniflərdə, auditoriyalarda və dəhlizlərdə maska ​​taxmamağa icazə veriləcək.

Yunanıstanda musiqi məktəbləri, konservatoriyalar, idman zalları və uşaq bağçaları bu gün yenidən işə başlayacaq.

Çex Respublikasında restoranların yaz terrasları açılacaqdır. Ancaq müştərilər koronavirusla bağlı mənfi test cavabını təqdim etməli olacaqlar. Buna polis və ya sanitariya işçiləri nəzarət edəcək.

Portuqaliya isə sərhədlərini əksər Avropa ölkələrindən gələn turistlərə açır. Bunun üçün əcnəbilərdən ancaq PZR testinin mənfi cavabı tələb olunur.

Xatırladaq ki, Türkiyədə koronavirusa qarşı karantin tədbirləri çərçivəsində aprelin 29-dan tətbiq edilən “lokdaun” bu gün sona çatıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR