Həmrəylik və birlik

Baxış Sayı:1 084

Həmrəylik və birlik

31 dekabr Dünya azərbaycanlıların həmrəylik günü. Həyat bizi 2019-2020 ci illərdə güclü imtahana və sınağa çəkdi, bir tərəfdən xəstəlik (Covid 19) digər tərəfdən düşmən tərəfi güvənc yerinə, arxasına, özünə tam əmin oldu və qəflətən üzərimizə hücuma keçib müharibəyə başladı və az müddət ərzində layiq olduğu cavabını təcili surətdə aldı.
Ey, Azərbaycan vətəndaşlarım!
Nə üçün – niyə biz bir olmayaq?
Halal torpaqlarımızdan düşmənləri qovmayaq?
Bir tərəfdən korona xəstələndirir qırır,
Əsgərimi, zabitimi, generalımı dığalar vurur.
Ey, mənim torpağım-daşım,
Nə yatmısan vətəndaşım?
Qalx, qalx ayağa şanlı ordum, igid qardaşım!
Ya qazi, ya şəhid ya qalib ol sən!
Artıq düşmən başlayıbdır,
Müharibəyə bilməlisən sən,
Yetər artıq cavabın tezliklə,
Təcili olaraq verməlisən sən.
İqtidarla müxalifət birliyi,
Oldu bizim vətəndaş həmrəyliyimiz.
İrəliyə, irəliyə gedirik biz müharibəyə.
İnanırıq bu birliyə, həmrəyliyə qələbəyə!


Yerləşdiyimiz, müharibə gedən ərazilər digər xarici dövlətlərlə həmsərhəd olduğu üçün düşmən üçüncü tərəfi müharibəyə cəlb etməyə çox can atırdı. Ali Baş Komandanın xüsusi nəzarətinin nəticəsində düşmənin arzuları ürəyində qaldı və bizim tərəfdən heç bir sərhəd pozuntusuna yol verilmədi.
II Vətən müharibəsində özümüzünkü olanı dəmir yumruqla birliyimizlə haqqımız uğrunda mübarizəyə başladı, haqqımıza nail olduq!

44 günün hər günündə biz haqlıyık deyərik!
Biz bir olduq komandanla həmrəyik,
Sərhəddi keçməmək şərtilə biz vuruşduq,
Dəmir yumruğu düşmənin başına birbaşa vurduq!

İstərdim ki, Azərbaycanın bütövlüyündə, müdafiəsində, iqtisadi inkişafında, quruculuğunda dünyaya həqiqətləri çatdırılmasında mədəniyyətimizin, elmin, sağlam düşüncəli, vətənpərvər gəncliyin yetişdirilməsində, idmanın inkişafında və.s. həmişə həmrəy olaq, güclü olaq birlikdə olaq.
Qarabağ Azərbaycandır! Deyib,
Qarabağı birlikdə azad etdik qaytardıq.
Şanlı zəfər nəğməsini oxuduq çaldıq,
10 u noyabr 2020-ci il bu tarixdən etibarən.
Vətən uğrunda can verib qan töküb geri aldığımız,
Torpaqları qoruyaq, biz gedib yaşayıb qurub yaradaq.
Beynəlxalq aləm, turistlər gəlsin və görsün,
Həqiqətin nə olduğunu dünyaya bir daha çatdıra bilsin.
Gedirik birlikdə Ballı qayaya, Şuşaya,
Murov dağa Qarabağa,
Birliyimizi, həmrəylimizi, ürəyimizi,
Arxamızı söykəyirik qürurlu bir uca dağa.
Qarabağı çeviririk cənnət məkan olan bağa.


Post müharibə dövründə yeni layihələrin həyata keçirilməsi üçün müxtəlif iqtisadi sahələrdə, ən əsası yeni nəqliyyat dəhlizlərinin yaranması ilə əlaqədar qarşımızda yeni imkanlar açılır. 44 günlük II vətən müharibəsi ərəfəsində müxalifət iqtidarla tam birləşdi. Yağı düşmən üzərində başda Ali Baş Komandan olmaqla şanlı zəfər qələbəsi çalındı. Buna bariz nümunə müharibədən sonra YAP-ın qurultayında 6 siyasi müxtəlif partiyaların iqtidar partiyası ilə birləşməsi prezidentimizə olan inamdan irəli gəldi. 5 mart 2001-ci il YAP- ın VII qurultayında qəbul olunmuş qərarlar, səslənən bəyanatlar partiyanın gələcək fəaliyyətinə inamı artırmaqla milli liderimizin ətrafında daha da sıx birləşməyə səsləyir.

Hamlet Tofiqoğlu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR