Cülyettanın halına bax, Paşinyanın əhvalına bax!Hörmətli və diqqətcil oxucularım!
14 günün davamı olaraq bu gün hava proqnozu haqqında həlledici məlumatlar nəzərinizə çatdırılacaq. Məlum oldu ki, göndərilən cihaz və aparatlar yararsızdır. Amma, Fransadan gəlmiş Cülyettanın iybilmə, hissetmə, öncəgörücülük üstəlik ikinci Qaragen tərəfindən Murov dağın ətəyində axşam qaranlıqda saat 23:44-də sağ əli ilə sol tərəfə 3 sillə, sol əli ilə sağ tərəfə 3 sillə bir dəfə də qucağına alıb əllərini çarpaz edib 3 dəfə qaldırır qoyur 3-cü dəfə də quluncu xart eləyib sınır. II Qaragen deyir: cihazları və aparatları rədd elə, səni sıxanda artıq sənə vergi verildi. Birdə yadında saxla ki, Murovun ətəyi ləzzətlidir başı gözəldir havası da tər-təmizdir. İndi çıx dağın təpəsinə yazılı nəlbəkiləri gətir. Birində Ş hərfi o birsində A hərfi digərində L hərfi olan nəlbəkiləri üç istiqamətdə yerləşdir. Öncəgörmə qabiliyyətindən istifadə et onsuzda dağın başında aparata cihaza ehtiyac yoxdur. Başla, üzünü Tərtər istiqamətinə tut və iti lokatr kimi yerində fırlan, əllərini çiyin bərabərində aç sonra sinəni qabağa ver hər iki əlində iki barmağını bük üçünü aç nəlbəkilərə diqqət yetir, bir dəfəyə 30 günlük hava proqnozunu de gəlsin!

Diqqət! Diqqət!

Ya Qaragenin uca həddi,
Soros keçib çoxdan sərhəddi.
Akopyanın doğurdan da əyilib qəddi,
Paşinyanın 44 gündə buraxılan səhvlərin rəddi,
Gedərsən Saksafonu alarsan,
Bundan sonra öz havanı çalarsan!
Görünür axırda da Akopyansız qalarsan.
Atəşkəz 3 dəfə elan edildi,
Ermənistan da isə müharibəni davam edirdi...
ABŞ, Fransa birdə Rusiya,
“Trio"dan yarandı böyük bir hormonİya.
Nəticədə 5 dəqiqəlik açıldı, bağlandı Filormoniya.
Atəşkəs 3 nəhəng dövlətdən elan edildi,
Məgər atəşkəsə əməl edildi?
Yox-yox bu hiyləgər tülkünün planıdır,
5 dəqiqədən sonra Tranpın, Emoielin, Sorosun,
Növbəti yalanıdır...

Cülyetta deyir ki, hiss edirəm Qarabağdan Mingəçevir və Gəncə istiqamətinə doğru güclü külək, qasırğa qadağan olunmuş dolu yağacaq, qatı duman olacaq, dumanlı buludları dağıtmaq üçün həmin ərazilər ağır artelleriya atəşinə məruz qalacaq.
Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl rayonlarında hava yağıntılı olacaq ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var, arada hərdənbir şərq küləyi əsəcək, gecə 3-8 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.
Cülyetta fasilə edib yenidən işə başlayır, elə başlamaq istəyirdi ki, birdən “Boje moy” deyib qışqırdı Bumeranq! – Külək dolu yağış əks istiqamətə gəlir. Elə hiss edirəm Murov dağının ətrafında güclü istehkamların olmasına baxmayaraq, bizə tərəf gələn hava axını faciəvi olacaq! Belə ki, olduqca pis 40 gündən sonra Tornado dalğası gəlir məhv olacağıq, tez nəlbəkiləri bura gətir yan-yana düz baxım bu havadan bizi nə gözləyir? Niyə biz Azərbaycan prezidenti ilə razılaşmadıq.O kişi dəfələrlə bizi sülhə dəvət etdi. Paşik elə əsl donuzdur, qanmadı, çəkil kənara nəlbəkiyə baxım! Gör bir nəlbəkilərdə nə alınır. Hə o vaxt donuz Paşinyan da heyvan falına baxarkən üçbucaq göstərmişdir. Nəlbəkilərdən hiss etdim ki, biz haqsız olaraq zəbt etdiyimiz ərazilərin 30 ildir ki, təbiətindən, maddi nemətlərindən, meşələrindən, qızıl mədənlərindən, mineral sularından, saf bulaqlarından, sanatoriyalarından, yeraltı və yerüstü sərvətlərindən, üzümündən, pambığından, dünyaya səs salmış xalçalarından, Qarabağ atlarından və.s.vəhşicəsinə istifadə etdik, indi biz çıxmasaq bizi məcburi çıxardacaqlar və yeni bir tarix yazacaqlar.Qarabağ atı dedim yadıma bir əhvalat düşdü.
1956-cı ildə Xruşov İngiltərəyə səfər etməli olur və fikirləşir ki, İngiltərə kraliçasına nə hədiyyə etsin. Axırda qərara gəlir ki, kraliçanın atlardan xoşu gəlir. Dünyanın ən yaxşı atları Azərbaycanda olur. Çünki Ulu Tanrı sağlam,saf iqlimi Azərbaycana və xalqına hədiyyə etmişdi. Bax, belədir Azəri xalqı! Nə isə...
Qarabağdan bir gözəl,sağlam,alnı qaşqa, şokolad rəngli,ala gözlü uzun kiprikli,ayaqları xallı, saçlı-saçaqlı,qanadsız uçan,hamını muradına çatdıran atı Qarabağdan Bakıya Bakıdan Moskvaya oradan isə birbaşa İngiltərəyə yola salırlar.
Nikita kraliça ilə görüşüb söhbətləşir,biraz sonra isə portfelindən 6 ədəd qarğıdalı,1 ədəd oraq və çəkic çıxarıb təntənəli surətdə kraliçaya təqdim edərkən ona çapar at da gətirdiyini bildirir. Atı kraliçanın hüzuruna gətirərkən Ledi sevincindən nə edəcəyini, nə deyəcəyini unudur. Saray köməkçilərinə və mehtərlərə ata xüsusi qulluq etmələrini tapşırır. Ledi hər gün ata baş çəkir,tumarlayır cüt ayaqla şəhanə qalxmasından xüsusi zövq alırdı. Bütün bunlara baxmayaraq bir müddətdən sonra at xəstələnir.Dünyanın,bütün baytar həkimlərini gətirsələr belə bir xeyri olmur. Ən nəhayət Qarabağdan İngiltərəyə mütəxəsis gətirilir və atı müayinədən sonra məlim olur ki, atın heç bir xəstəliyi yoxdur dioqnoz qrafasında qeyd olunur ki, sağlamdır dərdi isə Vətən xiffətidir.
Qarabağ torpağı başqa bir aləm,
Torpaqda bir aləmdir,At da bir aləm.
At da vətən üçün çəkirdi xiffət,
Doğma torpağına qalmışdır həsrət.


Cülyetta xəbər verdi ki, Tornada dalğası xüsusi təhlükəli sürətlə yaxınlaşır. Tornada küləyini kəşf edən alim Alfret demişdir ki,dəhşət dərəcədə təhlükəli olan külək hətta müharibələrdən də pisdir. Axı mən nə edim? Tumas müəllim də demişdir ki, məsələnin ən optimal yolu sülhdür. Ay bədbəxt sənin heyvan falına üçbucaq düşmüşdür. Onun düşər-düşməzliyi olur. O vaxtlar sənə oxşar Hitler həndəsi fal açdıranda falına üçbucaq düşmüşdür. Böyük Vətən müharibəsi gedərkən üç tərəfli “Barbaros” planı hazırlanmışdır nəticədə Almaniya süquta uğradı. Sən isə olmayan gücündən bir də tərsliyindən əl çək, yoxsa gec olar. Müsəlmanları elə də sadə bilmə. Sonda “arxadan atılan daş topuğa dəyər”.
Paşik unutma ki, Köçəryan, Sarkisyan və sən onların məscidlərini mundarlayıb sonra da yerlə yeksan etmisiniz. Artıq sənin öz keşişin bilir ki,sənin əlin qatil və mundar əlidir.Özünün belə kilsən səni qəbul etmir. Tumas müəllim Paşinyanın bu halını görüb bisnesmen dostu Martorosyana zəng edərək Paşiki başa salmağı söyləyir.Cavabında o deyir: - onu neçə dəfə başa salmışam əksinə məni təhqir edir və şəkillərimin zibil qutularının üstünə yapışdırılmasını deyir. İndi onun adamları məni təqib edir.Dəfələrlə ona demişəm ki, o torpaqların sahibi var gec-tez gələcəklər, hətta Erməni Apastol kilsəsində Episkopa yaxınlaşmaq istədikdə köməkçisinə ona yaxınlaşmamağını belə tapşırır.

Paşinyana deyin əlimi sıxmasın,
Məsafə saxlasın, mənə yaxınlaşmasın!
Əllərini divarlara da vurmasın,
Mənim yanımda da durmasın.
Birdəfəlik ağzını yumsun,
Ağzına yekə bir maska da vursun.
Bu qatilin heç səsi də çıxmasın.
Kilsədən rədd olsun şamları yandırmasın,
Dostun Martirosyan da deyir,
Özgə torpağında gözün olmasın.


Elə bu vaxt Cülyetta nəsə hiss edib həyəcanla qışqırır. Aman Allah!- Bu nə bəla?
Harda ki,biz tərəfdən hücuma başlanmışdır həmin yerdən əksi hücum və Tornado Qarabağa hətta Yerevana doğru istiqamət alır.Deyirlər küləklər ruhlarla birləşib qisasa qalxır. Həmin anda müharibəyə başlayanın aqibəti çox pis nəticələnir.Tez olun Moskvaya zəng edin sonra isə Makrona xəbər verin.Tez olun tədbir görün. Moskva telefonlara cavab vermir nəsə fikirləşin. Tumas müəllim hirslənib ay alçaq, ay vicdansız mən sənə demişdim axı səndən nə prezident nə də baş nazir olmaz. Yenə mənim sənə yazığım gəldi, ürəyim də dözmədi,bir çox arzularının həyata keçirməsinə çalışdım.İndi qərara aldım ki, bundan sonra səndən nəinki baş nazir hətta baytar nə də “Sovet kəndi” qəzetində jurnalist də ola bilməz.Bəs harda qaldı sənin Sorosyanın?Bax bu da sənin havan get indi yallını oyna.İndi belə peşman olarsan.Gedim görüm nə edə bilirəm. Ulduz falı, hetvan falı, Aftafa+Fon+Mikrafon=Saksafon sənin üçün bunlar böyük bir xəbərdarlıq idi. Üçbucaqlara çox səti baxdın. İndi isə Azərbaycana yalvar ki,gələcək taleyini həll edə biləsən.Azərbaycan bəlkə humanistcəsinə böyüklük eləyib təhlükəli Tornadonun qarşısını alsın.Nəlbəkilərdə qeyd olunmuş görsənən Şuşa, Ağdam, Laçın-da sizə möhlət versin.Nəhayət təslim oldunuz! Əbədi olaraq yadda saxlayın heç vaxt Qarabağ məsələsində başqa xülyalara,xəyallara düşməyin. Hava məlumatına əsasən noyabrın 8-9-10-u Yerevanda dumanlı ,tutqun, yağmurlu hava olacağından, ora əbədi olaraq qaranlıq düşəcəyindən xəbər verir. Bu gələn dəhşət bizim şəhidlərimizin General Polad Həşomovun, İlqar Mirzəyevin, Namiq Əhmədovun, Anar Novruzovun, Vüqarın, Xəyalın, Yasifin, Babəkin, Salatın Əsgərovanın, Gültəkin həkim, igidimiz Mübariz İbrahimovun, əsgər və zabitlərimizin ruhları idi.
Rəhmətlik Babəkin bir sözü var idi “Ya qazi ,ya da şəhid ,ya da qalib olacağıq”. “Xudayar təsnifi” dillərdə dastana döndü. XTD kəşfiyyatçılarının fədəkarlıqları, mərdlikləri qürurverici idi “Görünmədən görmək”, “Ölmədən öldürmək” dir. Bir sözlə bütün əməliyyatlarda zəfər çalmaq uğur əldə etməkdir.
Əksinə mavi ekranlarımızda hava proqnozunda Qarabağımızda əbədi olaraq günəş doğacağını, ölkəmizdə 3 rəngli bayrağımız dalğalanacağı günün müjdəsi verilir.8 noyabr qələbə soraqlı xəbərlər, 9 noyabr bayrağa bürünmüş ölkənin hər yerində izdihama çevrildi. 9 noyabr bayraq günü qələbə, zəfər çaldığımız günlə birləşdi. Bir sözlə Azərbaycanda hava haqqında məlimat:
Qızılı payız “Güllü-çiçəkli” bahara çevrildi!
FİRAVAN YAŞASIN DÖVLƏTİMİZ, XALQIMIZ!
QARABAĞ AZƏRBAYCANDIR! BİLSİN ONU HAMIMIZ!



Hamlet Tofiqoğlu

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurda “Rəqəmsal Cəmiyyət Mükafatı”na layiq görülüb

Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ

Kosova Avropa Şurasına üzv olur

Ramazanın 18-ci gününün DUASI

Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişini pozub

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031