Qazi anası: “Böyrəyim oğluma köçürüldükdən sonra temperaturu yüksəldi”

Vətən Müharibəsinin iştirakçısı, Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edən Aqşin Əlizadənin səhhətində problem yaranıb.

Anası Yeksarə Səfərova “Qafqazinfo”ya müraciət edərək onları narahat edən məsələnin mahiyyətini açıqlayıb.

O bildirib ki, 1994-cü il təvəllüdlü Əlizadə Aqşin Eyvaz oğlu hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində kəşfiyyat bölüyündə keçib və leytenant hərbi rütbəsi alıb.

A.Əlizadə 2020-ci il sentyabrın 21-dən təlimlərə cəlb olunub, sentyabrın 27-dən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda zabit kimi döyüşlərə qatılıb.

Yanvarın əvvəllərində hərbi xidmətdən tərxis olunduqdan sonra onun üzü, əlləri, ayaqlarının şişmiş vəziyyətdə olduğu aşkar olunub. Həkimə müraciət etdikdən sonra ona kəskin böyrək çatışmazlığı diaqnozu qoyulub. Məlum olub ki, soyuqlamadan sonra 2-3 ay ərzində müdaxilə olmadığına görə böyrəkləri tamamən sıradan çıxıb.

Həkimlər Aqşin Əlizadəyə böyrək köçürülməli olduğunu bildirib, atası və anası donor olmaq üçün müraciət ediblər.

Y.Səfərova qeyd edir ki, Aqşinin atasının səhhətində bəzi problemlər olduğuna görə onun böyrəyinin köçürülməsinə qərar verilib:

“Analizlərə 4-5 min manatdan çox xərcimiz çıxdı. İndi 12 min manat təşkil edən əməliyyat xərcini ödəyə bilmirik. Daha sonra dövlət rəhbərliyinə, Prezidentimizə və onun xanımı hörmətli Mehriban Əliyevaya müraciət etdik. Çox sağ olsunlar, əməliyyat xərcinin ödənməsi üçün vəsait ayrılmasına göstəriş verdilər. Buna görə bir ömür boyu onlara borcluyuq. Mənim böyrəyim oğluma köçürüldükdən sonra Aqşində temperatur yüksəldi, ishal, qusma başladı. Analizlər etdikdə qanından kreatinin normadan çox yüksək olduğu aydınlaşdı. Uzun müddət oğluma evdə müalicələr təyin olundu. May ayının əvvəllərində vəziyyəti kəskinləşdi, koronavirusa yoluxdu, sağaldıqdan sonra yenidən temperaturu yüksəlməyə başladı, iştahsızlıq, ishal yarandı”.

A.Əlizadənin anası bildirir ki, bu dəfə də müalicəyə 4 min manat xərc çıxandan sonra pulları bitdiyi üçün onu evə gətiriblər:

“Bu dəfə bütün bəlaların üstünə qan azlığı da əlavə olundu. İndi yenidən məcburən Mərkəzi Klinik Xəstəxanaya yatırmışıq, gündə bir dənə iynəsinə 800 manat ödəyirik. Son bir ayda 10 min manata yaxın xərcimiz çıxıb. Artıq bütün imkanlarımız tükənib, borc alınması mümkün olan hər kəsdən borc almışıq. Yoldaşımla mənim müəllimlik qazancımız gündə min manata yaxın xəstəxana xərclərini qarşılamağa imkan vermir.

İndi də oğluna qoyulan böyrəyin ayrılmasından qorxuruq. Buna görə də Aqşini Türkiyəyə aparıb, orada müayinə etdirmək istəyirik. Amma əlimizdə heç nə qalmayıb. Ümidimiz yenə də dövlətimizə, xalqımızadır. İnanırıq ki, dövlətimiz, xeyirsevər xalqımız erməni gülləsinin yan keçən balamın əlimizdən getməsinə imkan verməyəcək”.

Aqşin Əlizadə Vətən Müharibəsində iştirakına görə “Döyüşlərdə fərqlənməyə görə” medalı və Fəxri fərmanla təltif olunub.

Son xəbərlər

Bu gecə “qovuşurlar”

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Qismətim deyilsən - FOTO

Bir Mayis Əlizadə var idi... - FOTO

Paşinyanı təbrik edib, Cənubi Qafqazda sülhə söz verdi

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Yayım tarixi bəlli oldu

Perez Papa ilə görüşdü - Foto

Vətən qızı Brilyant Atəş : İSTƏ - FOTO

ABŞ İrana gedən tankerə zərbə endirib

Onlar da narkotik istifadəçisi imiş

“Güller ve günahlar”da ayrılıq - FOTO

Tərəf müqabili oldular

Xatirə İsmayılova : Hər xəmirdən çörək olmaz, nan olmaz - FOTO

Kimlərə güzəştli kreditlər veriləcək?

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930