Epilepsiyanı yaradan səbəblər.....

Baxış Sayı:611

Epilepsiyanı yaradan səbəblər.....


Əliyeva Telli. Odessa Dövlət Tibb Unuversitetin tələbəsi. Moskva və Türkiyədə beyin və sümük cərahiyyəsi əməliyyatlarında fəal işfirak edir

Bu gün epilepsiya cəmiyyətdə ən çox narahatçılıq doğuran xəstəliklər sırasındadır. Bu xəstəlik hansı səbəbdən yaranır, tam müalicəsi mümkündürmü?

Bu xəstələrin həyat tərzi necə olmalıdır? - Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstə, həm də ətrafdakıların böyük güclü təşvişə səbəb olur. Epilepsiyalı xəstələrin böyük əksəriyyətində tutmalar qəflətən və gözlənilmədən baş verir. Bəzi xəstələrdə tutmadan bir neçe saat öncə əsəbilik, narahatçılıq, başgicəllənmə, başağrı qeyd olunur. - Epileptik tutmaların hansı xarakter əlamətləri var? -Epileptik tutmalar müxtəlif olur və beyinin zədələnən sahəsindən asılıdır.Tutma anında huşun pozulması böyük əhəmiyyət kəsb edir. Epileptogen zədələnmə beyinin istenilən şöbəsində ola bildiyi kimi, ondan qaynaqlanan tutmalarda epileptik aktivlik ocağına uyğun olaraq hərəki, psixi və vegetativ əlamətlər ola biler. Epileptik tutmalar baş beyində neyron boşalmalarının meydana çıkmasından asılı olaraq fokal (parsilal) və generalizə olunmuş ola biler.
Epilepsiyanı yaradan səbəblər.....

Generalizə olunmuş tutmalar isə böyük əksəriyyətdə huşun itməsi ilə müşahidə olunur. - Epilepsiyanın əsas səbəbləri nədir? - Epilepsiyanın səbəbləri müxtelifdir. Bir sıra hallarda xəstəliyin səbəbi irsi-genetik faktordur. Epilepsiyanın irsi formalarının meydana çıxmasına cavabdeh olan genlər aşkar olunub. Epilepsiyanın səbəbi hadisələrin təqribən yarısında təyin olunmamaış qalır. Simptomatik adlanan bəzi epilepsiya formalarında xəstəliyin inkişafının səbəbi antenatal və perinatal travmalar (hipoksiya və ya doğuş travması),anadangəlmə malformasiyalar, baş travmaları,insultlar,beyin şişləridir. - Epilepsiyanın irsən ötürülmə ehtimalı nə dərəcədə yüksəkdir?
Epilepsiyanı yaradan səbəblər.....

– Əgər valideyinlərdən biri epilepsiyadan əziyyət çəkirsə, bu risk 3%- dir. Əgər ana xəstədirsə bu risk daha yüksəkdir. Hər iki valideyn xəstədirsə, irsən ötürülme riski 15%-ə qədər yüksələ bilər. - Epilepsiya hansı yaşda başlayır və yayılması necədir? -Bu xəstəlik müxtelif yaşlarda müşahidə oluna bilər, daha çox uşaqlarda və ahıl yaşlarda rast gəlinir. Ümumilikdə, dünyada təqribən 250 milyon insan bir epileptik tutma keçirir. Ancaq tək tutmanın olması epilepsiya diaqnozunun qoyulması üçün yetərli deyil. Dünyada elə bir ölkə yoxdur ki, orada epilepsiya xəstəliyinə rast gəlinməsin. Müxtəlif ölkələrdə epilepsiyanın yayılması hər 1000 nəfər əhaliyə 1,5-50 hadisə arasında dəyişir. Bütün xəstəliklərin ümumi qlobal yükünün 0,5%-i epilepsiyanın payına düşür. -Epilepsiyanı tam müalicə etmək mümkündür? - Epilepsiya uzunillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində məqsəd tutmaların tamamilə kəsilməsidir. Əksər hallarda epilepsiya müalicə olunan və sağalan xəstəlikdir. Ancaq unutmamalıyıq ki, müalicəyə çətin tabe olan epilepsiya formaları da mövcuddur. - Epilepsiyanın müalicəsində epilepsiya əleyhinə dermanlardan başqa hansı müalicə üsullarından istifadə olunur? - Epilepsiyanın müalicəsində digər metodlar da tətbiq olunur. Onların arasında daha geniş tətbiq olunan cərrahi müalicə xüsusi yer tutur. Epilepsiyanın bu müalicəsi yalnız o vaxt tətbiq olunur ki, epileptik tutmaların qarşısını almaq mümkün olmur.
Epilepsiyanı yaradan səbəblər.....

Epilepsiyanın cərrahi yolla müalicəsi..Epilepsiya əməliyyatı beyində epilepsiya(qıcolma)tutmalarının baş verdiyi nahiyyələrin kənarlaşdırılması və ya dəyişdirilməsi prosedurudur.Epilepsiya tutmaları (qıcolma tutmaları)hər zaman beynin eyni nahiyyəsində baş verdikdə əməliyyat daha effektiv olur.Epilepsiya əməliyyatı müalicənin başlanğıc mərhələsində tətbiq olunmur,lakin tutmaların qarşısını almaq üçün istifadə olunan ən azı iki preparat effektiv olmadıqda cərrahi müalicə üsulu tətbiq olunur.Əməliyyat müvəffəqiyyət göstəriciləri əməliyyatın növündən asılıdır və hər bir pasiyentə görə dəyişir.Bununla belə gicgah epilepsiyası əməliyyatı keçirən xəstələrin 70%-dən çoxu əməliyyatdan iki il sonra tutmalardan azad olurlar.Epilepsiya müxtəlif xəstələrdə əhəmiyyətli dərəcədə fərqlənir.Bu xəstəliyi müalicə etmək üçün aşağıdakılar da daxil olmaqla bir sıra cərrahi üsullar mövcuddur.Rezeksiya əməliyyatı.Multipl subpial transeksiya.Hemisferektomiya.Korpus kallozotomiya.Pasiyentlər adətən 3-4 həftədən sonra öz normal həyat fəaliyyətlərinə davam edə bilərlər.Bununla belə,nevroloqun icazəsi olmadan avtomobil idarə edə bilməzlər.Bəzi insanlar tutmaları nəzarətdə saxlamaq üçün daimi olaraq dərman preparatlarından istifadə edə bilərlər.Əgər bərpa prosesindən sonra da nitq və yaddaş problemləri qalmaqda davam edərsə,həkim sizə nitq terapiyası və ya fizoterapiya məsləhət görə bilər.

Epilepsiyanı yaradan səbəblər.....
MOSKVA - TÜRKİYƏ 2021

Oxşar xəbərlər
SON XƏBƏRLƏR