Ədalətdə ədavət...

Baxış Sayı:1 095

Ədalətdə ədavət...Allah köməyi olmuş Hacı Səkinə nənəni axırıncı dəfə dekabrın 31-də gördüm və həmrəylik bayramını təbrik etdim, iki gün sonra yenidən görüşdük salamlaşdıqda dedim nənə, maşallah yaxşılaşmısan. Görürəm kefin də yaxşıdır. Dedi: - Allah səni saxlasın sən məni bir il əvvəl görmüşdün ona görə gözüvə belə gəlir. Dedim ay nənə axı görüşümüzdən iki gün keçib, güldü və dedi: - bala, biz 20-ci ildə görüşmüşdük indi isə 2021-ci ildir. Bala birdəki mənim əsas yaxşı olmağımın səbəbkarı oğlum İlham Əliyevdir. Şükürlər olsun mən dövlətimdən də, xalqımdan da çox razıyam, artıq heç nədən də nigarançılığım yoxdur, yadındamı keçən il avqust ayında xəstələnəndə bir böyük nigarançılığım var idi. Başqa dərdim yox idi Qarabağ dərdi idi dərdim! Çox şükürlər olsun göydə Ulu Tanrının yerdə isə prezidentimizin sayəsində arzuma çatdım və mənim Şuşadan olan tələbə yoldaşım Ağabəyim bacım, balaları və nəvələri ilə doğma yurdlarına, evlərinə qayıdacaqlar. Bala, mən son vaxtlar televizora çox baxıram. Mənim yaxşılaşmağımın ən əsas səbəbi İlham Əliyevin və Mehriban xanımın məscidləri ziyarət etməsi Allah evinin qapılarını açdırması, gavurları, murdarları qovdurması və təmizlətdirməsidir!

Ötən yazılarımda qeyd etmişdim ki, Allahı sevən Tanrı tərəfindən sevilən – İlham! Çünki siz elə bir iş gördünüz ki, sanki Xristofor Amerikanı kəşf edən kimi Şuşanı yenidən kəşf etdiniz və yeni tarix yazdınız. 27 sentyabr 2020-ci il!

Deyirlər: - Hörmət, nə var-dövlətdədir, nə də mənsəbdə,
Bacar yüksələsən öz əməlinlə!


Cənab Prezident! Siz əməl sahibisiniz, özü də sonluğu görünməyən yaxşı, ləyaqətli, hünərli, qətiyyətli, sədaqətli xeyirli əməllərin sahibisiniz. Siz doğurdan da gözəl, xeyirxah, ən incə məqamlara toxunan, hər şeyi yerli yerində yerbəyer edən, hər iki əsrin dahisi olan Heydər Əliyev Akademiyasını əla və yüksək intellektual beynəlxalq səviyyədə bitirmisiniz. Siz 28 ildən sonra Şuşaya yol açdınız. Ağdamda Allah evinin qapısını açdınız. Bax məqsədində belə xoş əməllər sahibinin duaları və arzuları Allah dərgahında qəbul olur, ən vacib ümdə məsələlərdən biri olan ata vəsiyyəti yerinə yetirilir.

Çünki haqq yoludur, sənin yolun,
Yaxşı əməllərdir, mələklərdir sağın-solun,
Hər müraciətində yelləndikcə, əlin-qolun,
Hacı Səkinə nənə belə dedi:- oğlum!-sənin,
Dəmir yumruğuna,
Qələbənə. Qurban olum!


Can bala! Sənin başın bu 44 gündə nələr çəkdi, sən hər iki cəbhədə nələrlə üzləşdin?.. Bir tərəfdən erməni cəlladları ilə digər tərəfdən jurnalist adıyla gələnlərin bir çoxu döndü oldu – təhqiqatçı, müstəntiq, prokuror, aktyor.
Ay oğul elə bilki onlar haqq ədalətdə ədavət axtarırdılar. Boyuna və dəmir yumruğuna qurban, Allah səni bədnəzərdən özü qorusun. Mən bilirdim ki, o haqsızlıqların, gavurların öhtəsindən sən gələ bilərsən! Öz aramızdı onları yamanca yerində otuzdurdun, iti qovan kimi qovladın gəlməklərinə peşman elədin lap əcəb elədin. Bala, haqq nazilər amma üzülməz deyib atalarımız.
Qoy,düşmənlər sevinməsin! Şükürlər olsun ki, niyyətimiz, diləklərimiz, arzularımız, dualarımız Allah dərgahında qəbul oldu. Atanın, arzusu və vəsiyyəti yerinə yetirildi.

Yaşa xalqım, Yaşa İlham!
Biz – gəlirik mənim Şuşam!
Bu payız Şuşada açılmışdı gül,
Ağlayıb fəryad edirdi bülbül.
28 ildir ki, incik düşmüşəm sizdən,
Əzizlərim siz Şuşanı tərk edəndən,
Mən burada əsirlikdəyəm!
Mənimlə danışıb güldürənim yox,
Nə də əsəbləşib öldürənim yox!
Gəlir mənim xilaskarım,
Gəlir mənim vəfadarım,
İndi görərsiniz, səxavəti o qüdrəti,
Son qoyular Xarı bülbülün həsrəti!
Gəl indi, Mən gəlmişəm, ordumla Qarabağdayam.
Qorxmursansa gəl bura! Çıxaq burda – duelə,
Səs yayılsın bu yerlərə, bu dağlara, bu elə.
Mənə Tanrı deyir ki, sən Şuşada,
O murdarı – Paşinyanı, elə orda məhv elə!
Komandan üz tutur məscidə sarı,
Fikirləşir, qansızları, cəlladları, vandalları,
Deyir: - Mehriban xanım, buyurun - içəri keçək,
30 il əsirlikdə qalan məscidimizi ziyarət edək.
Ey qansızlar, şərəfsizlər, ey faşistlər, vicdansızlar!
Ölkəmizdə kilsənizi bizik qoruyan,
Ay heyvanlar, sizsiz Şuşada,
Qarabağda məscidimizi dağıdan, yandıran, vuran.
Ulu Tanrı mənimlə Məkkədən Qarabağa göndərib Quran,
Mehriban xanım, bağrına basıb öpür Quranı,
Deyir: - viran qalsın,məhv olsun,
Məscidimi, dağıdanı, yandıranı vuranı!
Komandan təkrar edir – öpür Quranı,
Deyir Xarı bülbül, duy ki, sən yəqin ki, eşidirsən?
Məhv edərəm, Yerevanı, Paşinyanı, o heyvanı!
Ey sərkərdəm, böyük bir düham,
Xalqının dərdinə ürəkdən yanan,
Hər işdə, hər zaman, bütün çətinliklərdə qeydinə qalan.
Bu gün Ağdama gəlmişdir Mehribanla İlham,
Allah sənə rəhmət eləsin Əliyev Heydər babam.
Heydər ata, indi rahat yat, gülün – çiçəyin qucağında,
Paytaxtda, Fəxri xiyabanda dahilər ocağında.
Ruhun şad olsun, övladların, nəvələrin, nəticələrin,
Sağlam olsun var olsun!
Ali Baş Komandana –
Ömrü boyu, Ulu Tanrı yar olsun və qorusun!
Şuşalılar dillənir və deyir: -
Gəl sahibim, gəl gümanım, gəl imanım,
Məscidimə - Şuşaya gəl!
Gəl İlhamım – Mehribanım,
Söz veribdir, ziyarətə gələcəkdir – Ərdoğanım!
Məscidimdə qoy qılınsın namazlar.
Birdəfəlik rədd olsun, itilsin yaramazlar!
Minbərlərdən göylərə ucalsın azanın səsi,
Şuşada, Cıdır düzündə səslənsin Üzeyirin bəstəsi,
Xan əminin, Cabbarın səsi,
Birdə ki, Qarabağın şikəstəsi!
Əziz Şuşa sən azadsan!
Biz Şuşanı qaytardıq!


Hamlet Tofiqoğlu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR