Alış müəllim – Qəlbi təmiz, xeyirxah bir insandır,
Hər yerdə, hər zaman ədalət ilahəsi, “Femidanı axtarandır”.
Ey alim, gecələr yatmayıb yuxusuz qaldın,
Qanun “Şah” olduğunu tədris etdiyini elmdən aldın!
Həc ziyarətində olduğun zaman,
Göylərə əl açıb, “Qarabağ” deyib
dua etdiyin bir an
Göydən nida gəldi, ey alim dayan!
Alimin mürəkkəbi, Şəhidin qanı
Tanıdar dünyaya Azərbaycanı!
Bilirik, Qarabağ deyilən bir dərdimiz var.
Müəllim icazə ver bir qədər irəli qaçım.
Vətən torpağından, Xocalıdan Sizə söz açım.
On nədir, yüz nədir, neçə min insan,
Qorunmaq istədi özün soyuqdan.
Qorunmaq istədi borandan, qardan!
Professor, Qarabağ dərdimiz tezcə bitəcək,
Öyrətdiyin tələbələr bunu sübut edəcək.
Üzeyirin bəstəsi, Qasımovlardan
Birinin ecazkar səsi, digərinin tələbəsi.
Nənəmin nalçası, həm də xalçası.
Dünyaya səs salıb Vətən deyəcək,
Azərbaycan deyəcək!
Mikoyanlar, dığalar!
Qarabağ əvəzinə,
Qulağının ardın görəcək
Bağışla! Qarabağ sizindir, sizin deyəcək!
Tezliklə Paşinyanlar bunu təsdiq edəcək!
Özü də yaxşı bilirdi, kapituliyasiya aktına.
Necə, nə vaxt, harda?
Hansı şəraitdə qol çəkəcək!
Müəllim, getdiyin həc ziyarəti.
Üz tutub əl açıb etdiyin o, ibadəti,
O, tanrının səxavəti, Qarabağın hərarəti.
Şuşada xarı bül-bülün həsrəti,
Çağırdı ki, gəlin qoşa.
Bu gecə yuxuma girmişdi Şuşa.
Ay Həci gördüm ki. Şuşaya gedirik qoşa.
Hamlet deyir yuxularım çin çıxacaq!
İnanın Turan eli bir olacaq!
Qarabağ bizimdir, bizim olacaq!
Ah, nə ola, ölməyəydik,
Biz o günü görəydik.
Bakı – Şuşa uçağına minərdik,
Aeroporta igid Əlif adı verərdik.
Bakı – Şuşa uçağını.
Xocalıya birbaşa endirərdik.
Tezliklə eşidəcəyik:-
Diqqət, diqqət. Azərbaycan hava yolları.
Buyurun, Qarabağ təyyarəsi eniş edir. Açır qolları!
Amin, Amin – İlahi Amin!
ƏZİZ ŞUŞA, SƏN AZADSAN!
ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ!
ƏZİZ ŞUŞA BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!
Xalqın istəyi – İlham Əliyevin – sərkərdəmin, dəstəyi,
Fizuli aeroportuna göydən də, yerdən də yönləndirib yolları.
Ey insanlar, sülhə gəlin! Şuşaya gəlin!
Qarabağa gəlin – missiya göndərin,
Acı həqiqətləri görün, haqqın səsini eşitsin dünya!
Təkrar edirəm sülhə gəlin, yoxsa məhv olar dünya!
Bu şeri Heydər Əliyev adına hava limanının gözləmə zalında qələmə aldım. Elə bu vaxt Naxçıvandan Bakıya gələn təyyarə yerə endi!.. İnşAllah Fizulidən “start” götürən təyyarə xarici turistləri tezliklə Qafqazın incisi, mədəniyyətimizin paytaxtı olan Şuşa şəhərinə çatdırar!
Səbirsizliklə gözləyirik.
“Dispeçeri” dinləyirik.
İNŞALLAH bu il,
Gözümüzlə görməliyik!
Diqqət-Diqqət Azərbaycan hava yolları – Fizulidən Şuşaya gələn təyyarə yerə enir- nə gözəl...
Moşu müəllim bu anda deyəcək: -
XOŞBƏXTLİK, XOŞBƏXTLİK, XOŞBƏXTLİK!...
Hamlet Tofiqoğlu
Azərbaycan Respublikası DİN.
DQAHM-də andiçmə mərasimində Mirtofik
and içərkən qələmə alınıb
And içdim Vətənimə Dövlətimə...