
Xəbərlər
5.01.2021, 22:18
1-ci Qarabağ müharibəsində nə qədər azərbaycanlı əsir götürülüb? - AÇIQLAMA
1-ci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşüb.
Bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, şahid ifadələrinə görə, 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər bu faktları inkar edib: "Şahidlər deyirdilər ki, ermənilər onları aparıb, geri qaytarmayıb. Biz aidiyyəti beynəlxalq qurumlar vasitəsilə Ermənistanla əlaqə saxlasaq da, onlar bunu etiraf etmədilər".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay