Oxucu təəssüratları...TƏŞƏKKÜRNAMƏ

Baxış Sayı:3 199

Oxucu təəssüratları...TƏŞƏKKÜRNAMƏÇox hörmət bəslədiyim “Turaz TV”-nin rəhbərliyi və kollektiv üzvləri!
Hamlet Tofiqoğlu ilə biz oxucuları qiyabi olsa da tanış etdiyiniz üçün sizlərə təşəkkürümü bildirirəm.

Artıq I əsrlik ömrümün yarsını yaşamışam 50 illik həyatımda ədəbiyyata, mətbuata marağım olub. Bu yaxınlarda sizin sayıtın vasitəsi ilə H.Tofiqoğlunun şerlərinə, məqalələrinə rast gəldim. Yazılarına, şerlərə elə maraqla adlar verir ki, həmin başlıqlarla tanış olduqda oxucusunu həmən cəlb edir, sanki “oxu məni elə bu dəqiqə oxu”! söyləyir, sona çatanda ardı var... Müəllifin çox gözəl duyğu və maraq dairəsində saxlama qabiliyyəti var, bir sözlə bu yaşımda yeni bir yazar kəşf etdim. H.Tofiqoğlu vətənpərvər, elini, millətini, dövlətini ən başlıcası Liderini-Prezidentini sevən keçmiş və gələcəyi sintez edən yaradıcı insandır, həmçinin hərbi jurnalistdir. Onun hər bir şerində söz axıcılığı, qafiyə uyğunluğu, məntiq, ən əsası məna, sözün qətiyyətli və kəsərli olmasıdır. Xüsusən bu payızın 44 günü ərzində baş verən hadisələr onun potensialını açır. Ona təsir edən ən böyük sarsıntı yağı tərəfindən müsəlman məscidlərinin donuzla murdarlanması, məzarlarının dağıdılması, günahsız körpələrin qətli, torpaqlarımızın zəbt olunmasıdır. Yazılarda keçmiş müasir dövr, gələcək aydın şəkildə işıqlandırılır. Yeniyetmə və gənclərə vətənpərvərlik hissi yalnız düşmən üzərində qələbə şəhidlərimizin qisası aşılanır. Onun sehirli qələmi vətənə sevgi, düşmənə nifrət, dinimizə hörmət istər şeir istərsə də məqalələrində açıq formada bununla yanaşı həm də tariximizin şanlı səhifələrini oxucusuna çatdırır. Ədəbiyyatımızın əsasını qoyanlardan Sabirin satiralarını, C.Məmmədqulizadənin felyetonlarını, C.Cabbarlının əsərlərini xüsusən də “1905-ci ildə” əsərinin bəzi çalarlarını mənə xatırladır. H.Tofiqoğlunun “44 günə xarüqələr yaratdın” məqaləsində Ali Baş Komandanın haqqında qələmə aldığı fikirlərə bir anlıq diqqət yetirək. Onda daha aydın görərik ki, nurani Zərifə ananın oğul övladının dünyaya gəlməsi, havanın soyuq – şaxtalı gündə gəlişi ilə ailəyə sevinc və xoşbəxtlik gətirməsi, gələcəkdə ailəsinə qürur verməsi, ən nəhayət işğal olunmuş torpaqlarının, sərhədlərinin azad olunması öz əksini tapır..
Bəli, hər şey yerli yerində aydın şəkildə verilir. Prezidentin adının valideynləri tərəfindən verilməsi həyat yoluna çıraq olması xüsusi tərzdə qələmə alınıb. 30 ilə yaxın müddətdən sonra 2020 –ci il 10 noyabr tarixdə zəfər qələbə çalması şerlərində rast gəlinir. Xüsusən də “donuz Paşinyan ya rədd ol! Ya da təslim ol!” kəlməsi yazdığı şerlərdə tez-tez vurğulanır. Qardaş Türkiyənin də siyasi dəstəyi xüsusi qeyd olunur.
Hörmətli Turaz TV-nin əməkdaşları! Mən özüm başqa sahənin mütəxəsisi olsam da incəsənət, mədəniyyət mənim hobbimdir. Ümumiyyətlə peşəsindən asılı olmayaraq hər bir insanın daxilində bu sahələr özünəməxsus yer alır. Odurki mən və ətrafımda olan yaxınlarım adından sizə H.Tofiqoğlu ilə qiyabi tanışlığa şərait yaratdığınıza görə təşəkkürümü bildirirəm. İnanıram ki, bundan sonra da sevimli yazarımızın yaradıcılığı ilə tanışlığımız davam edəcək. Ona bu çətin, lakin mənalı işdə uğurlar arzulayıram. İnşAllah yaradıcılığı daha da çiçəklənsin, arzuları çin olsun. Qoy 2021-ci il yeni yaradıcılıq sevincləri ilə bol olsun!

Hörmətlə: Məhluqə Pənahqızı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR