Binəqədi  rayonun Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4-cü mədən ərazisi, fərdi evdə yaşayan  Comərdov Elxas Səfi oğlu tərəfindən                                 MüraciətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə - Hüquq Şurasının sədri Fikrət Məmmədov cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev cənabına.
Surəti : Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlakçıların hüquqlarının müdafiəsi üzrə idarəsinin rəisi
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) Səbinə xanım Əliyevaya.
Binəqədi rayonun Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4-cü mədən ərazisi, fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu tərəfindən
Müraciət
Cənab Prezident !

Bu növbəti məhkəmə birbaşa mənimlə bağlı olmasa da, sona çatdırılması mənə tövsiyə olunan, ədalətli qərar çıxarılmasında israrlı olan əmim oğlu Comərdov Adil Comərd oğlunun işidir. Əmim oğlu bu işin hüquqi müstəvidə sona çatdırılmasın mənə tapşırıb. Çünki bu işlə bağlı bütün yazışma və proseslərdə bir yerdə olmuşuq.
Cənab Prezident !
Ölkənin məmur ordusunun 7 qatı hamsı bu hakimiyyətin güvənindən istifadə edib oğul - uşağına, nəvə - nəticəsinə varidat , mülk, əmlak, yatrım qoyub gedir, niyə mənim 73 yaşlı əmim oğlu, hansısa talama, oğurlama siyəsətiylə işin qurub görən məsul vəzifədə oturmuşun günahı üzündən övladlarına mənbəyi bilinməyən BORC qoymalıdır..?
73 yaşlı əmim oğlu qeyd edilən ünvanda 1980 - cı ildən yaşayır. Mən onun bu işi ilə yaxından tanış olanda ümumiyyətlə belə hallarda, terminlər də işlənən sözlə desək səliqəli, vicdanlı abonentdir. Evində 80 - ci illərdə işlətdiyi sayğac, hansı ki, BARMEK gəlib sayğaclaşdırma aparana qədər, həmin sovetlərdən qalma "qara sayğac" onun mənzilinə gələn enerji sərfiyyatının qeydiyyatın aparıb, buna əsasən də ödənişlərin edirmiş. BARMEK sayğaclaşdırma aparanda həmin "qara sayğacı" əvəzləyib yerinə 01.01.1999-cu ildə SO-İ446 tipli sayğac quraşdırıb. Bu barədə "ABUNƏ HAQQINDA " bildiriş arayışda da qeyd edilib. İkinci sayğac dəyişməsi, əvəzlənməsi 08.08.2007 - ci il tarixdə, AMPY ( 5235A) tipli sayğacdəyişməsi baş verib. Bu illər ərzində də demək olar ki, ödəniş qəbzləridə durur. Hətta ikinci dəfə sayğac dəyişməsindən 08.08.2007 - ci ill sayğacdəyişməsində qalıq kimi deyilən 40 ( qırx) manatda köhnə sayğacda yazılmış sərfiyyata görə borcun ödəyib...
Amma belə ki, əmim oğlunun yaşadığı Binəqədi rayon, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, ev 24 A ünvanda, abonent kodu 01090050800022V olan mənzilinə elektrik enerjisi, "Azəişıq" ASC - nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən, 900 (doqquz yüz) manat mənbəyi bilinməyən borca görə 14 avqust 2009 - cu ildə kəsilir. Əmim oğlu səbəbin araşdırmaq, o vaxtkı yazılmamış qanunlara uyğun düzüb - qoşmaq üçün özü ilə 300 (üç yüz) manat pul götürüb həmin ASC - nin Biləcəri ETSİ - də olur. Çünki o vaxtlar belə bir ənənə yaratmışdılar.
Hansı ki, həmin illərdə onlarla qonşularına, elə mənimdə qonşularıma bu qədər və bundan da böyük məbləğlərdə borc yazılıb, bu cürdə alınıb və ya ödətdirilib. Biləcəri ETSİ - nin rəsmi şəxsi əmim oğluna 3/2 hissəsin ödəməklə, bir hissəsin, yəni 600(altı yüz) manatın heç bir kağız, ödəniş qəbzi verilmədən ödənilməsin, bir hissəsinin 300 ( üç yüz) manatın isə baxışlanması ilə razılıq danışığı aparır. Əmim oğlu bununla razılaşmır. Çünki o, bu işin həlli üçün, bir çoxları kimi 300 ( üç yüz) manat özüylə götürübmüş. Nəticədə əmim oğlu evinə gəlib, qonşunun xəttinə sayğacdan sonra razılıq əsasında qoşulur və mənzilinin elektirik tələbatın təmin edir. Aylıq ödənişidə birgə sərfiyyat uyğun ödəyirlər. 2018 ci ilin noyabr ayında, Taarif Şurasının enerjidaşıyıcılarına limit tətbiqindən 15 ay sonra, tətbiq olunan limiti ayın on günü olmamış keçmələri üzündən öz xəttinin bərpasını düşünür. Elə bu məqsədlə də bu barədə birgə Cənab Prezident Sizə, ölkənin Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya müraciət etdik. Bir aydan sonra əsli Sizə, prezident aparatına olmaqla YALAN məlumat daşıyan , Birinci Vitse Prezidentinə, surəti isə bizə, əmim oğluna "Azərişıq" ASC-nin Biləcəri ETSİ-dən rəsmi məktub gəldi ki, - ".... 361.13 (üç yüz altımışbir) manat borcunuz realdır." Axı, əmim oğlunun işığı 900 manat mənbəyi bilinməyən borca görə kəsilmişdi. 9 ildən sonra borcumuzun belə əhəmiyyətli dərəcədə azaldığın görüb, Sizə və Mehriban xanıma təkrarən məktub yazıb minnətdarlıq etdik. Həmin minnətdarlıq məktubunda sevincimizi izah edib, "Azərişıq" ASC-nin Biləcəri ETSİ - nə sorğu göndərdik ki, 9 il işıqsız qalma üzündən borcun birdən - birə əhəmiyyətli dərəcədə azalıb. İndi bundan sonra neçə il işıqsız qalınmalıdır ki, "REAL " saydıqları bu borc tamamilə silinsin...? Hansı ki, elə həmin il 2009 cu il 14 avqustdan bir ay sonra xətdən ayrılmış sayğacın, Biləcəri ETSİ - nin rəsmiləri tərəfindən sayğaca uyğun əmim oğlunun adına olan kod dondurulur. Yəni həmin kod altında heç bir əməliyyatın aparılması mümkün deyildi.
Cənab Prezident !
14 avqust 2009 - cu ildən mənbəyi bilinməyən 900 ( doqquz yüz) manat borca görə mənzilinə gələn elektrik enerjisi kəsilən, 9 il işıqsız qalan, qonşunun işığından istifadə edən, Tarif Şurasının enerji daşıyıcılara tətbiq etdiyi limit məsələsinə görə 500 ( beş yüz) manatdan çox məcburi ödəniş edən, dəfələrlə bu halın səhətinə pis təsir etdiyindən həkim müdaxiləsinə ehtiyacı olan əmim oğlu, məsələni hüquqi müstəvidə həll olunmasın istədi. Bununla yanaşı bildiririk ki, Biləcəri ETSİ - nin Sizə YALAN MƏLUMAT verərək 361 ( üç yüz altımış bir) manat borcun haradan yarandığın araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq.
3 - MƏHKƏMƏ İCLASI BARƏDƏ...
Beləliklə, 9 il mənbəyi bilinməyən borca görə işığının kəsilməsi, 9 il tamamında Sizə müraciətdən sonra rəsmi, yalan məlumatlı cavab verib 361.13 ( üç yüz altımış bir) manat borcun haradan yarandığının araşdırılmasına, bununla bağlı bu başverənlərə görə səhətində yaranan problemlərə və məcburi limitdən artıq edilmiş ödənişə görə İDDA ƏRİZƏSİ ilə Nəsimi rayon Məhkəməsində maddi, mənəvi təminata dair idda qaldırdıq. İşə Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov baxırdı. 4 aya, 4 məhkəmə iclasında işə baxan hakim Rəşid Səmədov deyə bilərəm ki, heç sonuncu iclasa qədər bir dəfə də olsun mənim problemimə toxunmadı. İmkanı daxilində, hər vəchlə cavabdeh tərəfin hüququn müdafə edərək, Sizə də verilən yalan məlumatı özündə əks etdirən 361.13 manat yazılmış arayışı müdafiə edirdi. Heç bir məhkəmə iclasında mənim 9 il işıqsız qalmama səbəb olan, mənbəyi bilinməyən borcun haradan götrüldüyü araşdırılmadı.
1. Niyə mənim 9 il işıqsız qaldığım mübahisə predimetinə çevrilmədi.
2. Yalan məlumat olduğun israrla isbatladığımız arayışda yazılan 361.13 manat REAL saydıqları borcun haradan yarandığını bir dəfə də olsa aydınlaşdırmadı.
Qarşı tərəfin nümayəndəsi gah bunun aylardan yığılıb qalan tam ödənilməyən ödənişlərlərdən yığılıb qalan borcun yaratdığı məbləğ olduğun dedi, gah bunun BARMEK döründən yığılıb qalan borcun olduğun dedi.
Hansı ki, 08.08.2007-ildə sayğac quraşdırılmasından sonra, 14 avqust 2009 - cu il elektrik enerjisi dayandırılana qədər istifadə etdiyim enerji sərfiyyatına dair tərtib etdikləri AKT - ın özündə sayğac göstəricisi qrafasında özləri qeyd ediblər ki, iki il ərzində 2409 kv enerji sərfiyyatı olub. Buna görədə ödəməli olan məbləğ, o vaxtın ödəniş tarifnə görə 0.06 qəpikdən 144 manat olmalıdır. Bütün bunlar bizdə olan qəbzlərlə və həmin qəbzlərin "ABUNƏ HAQQI" arayışında öz əksin tapmasında görünür ki ödəniş 188 manat olub. Deməli ödəniş 44 manat artıq olub. Onda borc haradan yaranır...?
Cənab Prezident !
Bunlar bu çirkin əməllərin ört - basdır etmək üçün 2005 ci ilin 31 oktyabrından 08.08.2007 - ci illədək " GÜCƏ GÖRƏ SƏRFİYYAT" yazıblar....
1-ci. Gücə görə sərfiyyat sayğac olmayan obyekt, evə tətbiq edilə bilər.
Buna görə əraziyə cavabdeh Biləcəri ETSİ - nin ən azından hər hansı, sayğacsız qoşulmanı bildirən, ailə üzvlərindən birinin iştirakıyla AKT tərtib edilməliydi. Əgər həmin AKTA imza etməkdən imtina edərdiksə 3 hal şahidinin iştirakıyla bu AKT tərtib edilib imzalanmalıydı və bir nüxsəsi bizə verilməliydi. Belə hal baş verməyib. Deməli nə AKT var, nədə həqiqətən sayğacsız enerjidən istifadə etməyinə dair təsdiqedici sənəd.
2-ci. "ABUNƏ HAQQINDA" idarənin verdiyi arayış - bildirişin "SAYĞAC QURAŞDIRILMASI" qrafasında iki dəfə sayğac quraşdırılması öz təsdiqin tapır. 01.01.1999-cu il və 08.08. 2007-ci il. Yəni, həqiqətəndə iki dəfə sayğac quraşdırılması olub.
3-cü. 1il 10 aya bunlar hansı METODİK hesablamayla mənbəyi bilinməyən borc yazıb...?
Hansı ki, 2 ilə sayğacla yandırılan işığın sayğac sərfiyyat göstəricisi 2409 kv - dır. Bununda odənişi 144 manatdır. Bunların yazdığı 361 manat bu hesablanmaya salınsa bu cür enerji istifadəçisi üçün 6 ilin enerji isdifadəsi deməkdir.
Bütün bunlar hakimin nəzərinə çatdırılsa da hakim Rəşid Səmədov iddanı təmin etmədi. Bundan sonra Nəsimi rayon Məhkəməsinin qərəzli, sifarişli, bütün qanun pozuntuları özündə əks etdirən qanunsuz qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdik.
İş, Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatına verildi. Elə ilk iclasda haki İkram Şirinov başıma gətrilənlərin hamsını, yuxarıda təsvir etdiyim kimi iclasda danışdı. Düşündüm ki, işə burada daha obyektiv baxarlar. Hakim İkram Şirinov işi düz br illik Ədliyyə Nazirliyinin Ekspertizasi Mərkəzindən rəy alınması üçün göndərdi. Həmin Mərkəzin gözəl mütəxəssisi ( bunu qorumağa ehtiyac var, bu cür mütəxəssislər 100 ildə bir dəfə ələ düşür) Rövşən Cəlilov adlı biri rəy verdi ki, Biləcəri ETSİ- nin bir bəla kimi yazıb ortaya atdığı 361 manat borc REALIN REALIDIR. Düzü bu rəy mənidə təccübləndirdi ki, ayə bu peşəkar , gözəl mütəxəssis bunu yazıb verməkdən ötrü bir il bizi süründürməliydi...?
Yoxsa buna görə belə gərgin zəhmət sərf edib, zəhmətinin müqabilində az zəhmət haqqı niyə ödənməlidir...?
Cənab Prezident !
Bir ildən sonra əmimoğlunun başına gətrilənləri bizdən yaxşı, ardıcıllığla danışıb - "bilirəm ey Adil kişi, bilirəm" - deyən hakim İkram Şirinov arayış əsasında hazırlanmış ekspertizanın rəyin əsas götürüb Nəsimi rayon Məhkəməsinin Qərarın qismən qüvvədə saxladı.
Cənab Prezident !
Mən bu məhkəmə biyabırçılığına keçməmişdən əvvəl bir məsələni diqqətnizə çatdırım.
Belə ki, bu məhkəmə prosesləri ərəfəsində özün " Azərişıq" ASC nin əməkdaşı kimi təqdim edən Mirzəağa Ağayev adlı biri mobil nömrə ilə mənə zəng edib görüşə çağırdı. Əmim oğlu onunla görüşüb. Görüş əsnasında həmin Mirzəağa Ağayev əmim oğluna cəmi 36 ( otuz altı) manat borcu olduğun, 325 (üç yüz iyirmi beş) manat artıq yazıldığın bildirib. Əmim oğlundan 36 manat borcu ödəyə biləcəyini soruşub. Əmim oğlu ödəyə biləcəyin deyəndən sonra, harasa zəng edib məsələni danışıb. Həmin şəxs bildirib ki, məsələ məhkəmədədi, qərar çıxsın sonra. Qərarda yazdığım kimi, Nəsimi Rayon Məhkəməsinin qərarın qüvvədə saxlayıb, iddamı qismən təmin edib.
İddanı yaradan, onun mənbəyi olan əsaslar rədd edilirsə hansı mənəvi dəyərin təmin olunmasına görə qərar çıxarıla bilər...?
Hansı ki, mənəvi, maddi təminat iddasına səbəb olan 900 manat mənbəyi bilinməyən borca görə 9 il işıqsız qalınıb.
Limitə görə məcburiyyət qarşısında qalıb 500 manatdan yuxarı əlavə ödəniş edilib.
Dəfələrlə halı pisləşib, həkim müdaxiləsinə, əməliyyata aparıb çıxara bilən səhətində problemlər yaranıb.
Çox hörmətli Prezident!
Çox sadə, qısa, açıq bir sual edirəm.
1.Vətəndaşın işığı 900 (doqquz yüz) manat mənbəyi bilinməyən borca görə kəsilir. 9 il vətəndaş işığsız qalır, buna əsas yaradacaq heç bir rəsmi sənəd olmur. Yəni akt. Yalnız bildiriş olur ki, 900 manat borcun var.
2. Ailə büdcəsinə limitdən artıq ödəniş ailə büdcəsinə təsir etdiyinə, Sizə müraciətdən, 9 ildən sonra deyirlər bəs 361.13 manat borcun realdır.
3. 9 il vətəndaşı işıqsız qoyub, 900 manat mənbəyi bilinməyən borca görəbişığın kəsib, 9 ildən sonra gəlib deyir sənin borcun 361.13 MANATdır. Bu təşkilata heç kim, heç nə demir. Axı vətəndaşı 9 il işığsız 900 manata görə qoymuşdun?
Cənab Prezident !
Bütün bunlarla bərabər, dəfələrlə hər iki hakimə, cavabdeh tərəfə yazaraq bu 361 manat borcun haradan, hansı aydan (aylardan) yığılıb qaldığını mənə izah etsinlər. Amma etmədilər. Hələ qarşı tərəfin bu borcun 9 il işığsız qaldığı müddətdən yığılıb qaldığın dedi. Gülünc deyilmi...?
Hətta eksperti də bunu təsdiqlədi. Necə, bu müəmmadır. Dünya məhkəmə pratkasında bir - birinin işlərinə istinad var. Bunu nəzərə alıb hər iki hakimə, cavabdeh tərəfin nümayəndəsinə, rəsmi rəhbərlərinə bir adi məsəl çəkdim : - Adi vətəndaş yaxınlığdakı marketə gedib satıcıdan xahiş edir ki, mənim uşaqlarım nə almağa gəlsə verin, mən gələndə ödəyərəm. Market satıcısıda deyilən kimi edir. Bir aydan sonra həmin adam düşünür ki bir 50 manatlıq nə isə alarlar. Amma marketə gələndə satıcı deyir ki 65 manatdır. Çıxarır nisiyə dəftərin, gündəlik alınan malların adı, qiymətin göstərir. Vətandaş alıcı satıcıyla razılaşıb ödənişin edir.
İNDİ BU BOYDA İDARƏ, ASC , 361.13 MANAT BORCUN HARADAN, HANSI AYDAN YARANDIĞIN, QALDIĞIN DEYƏ BİLMƏZLƏR...?
BİZİM İSTƏYİMİZ BUDUR.
Mən bunun tam araşdırılmasına qədər bu məsəlini dəfələrlə yazıb diqqətnizə çatdıracam...
Hörmətlə Elxas Səfi oğlu Comərdov.

Son xəbərlər

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031