Qələmə alıram bildiklərimi...2020-ci il YALNIZ QƏLƏBƏ!

Bu payız yarpağım, Torpağım Gəncəm!
Qan ağladı, Ahu-zar etdi.
Qəhrəman igid oğullar: Mübarizlər, Çingizlər
Vətən uğrunda canını fəda etdi!
Poladlar, Fəridlər-çox vaxtsız getdi,
And içirəm məhv edərik: Yerevanı, Paşinyanı...
Yerdə qalmaz Şəhidlərin nahaq Qanı.
Prezidentin 30 illik nida əmri!
Başa saldı o çaqqalı, o heyvanı Paşinyanı.
Fizulidən, Cəbrayıldan
Ağdamdan, Murovdağdan
Qarabağdan Torpağımdan
Əlini çək! Həddini bil sən!
“Kalaşnikovu” arvadının əlinə verib, uzandırma sən,
Qələt edib bir də Şuşada yallı gedərsən!
Onda qəfildən qarşında Ali Baş Komandanı görərsən!
İt kimi qovulub yuvana girərsən!
Olmusan həmişə Fizuliyə yad.
Fizulinin nə torpağı, nə kəhrizi qəbul etməz, ey yaramaz!
Yadda saxla, unutma ki, Vətən üçün-torpağa tökülən qandır!
Şəhidlərim var! Qarabağ Azərbaycandır!
Torpağımı, Məscidimi mundarlama!
Ya təslim ol, ya da rədd ol,
Birdəfəlik bil ki, bura qədim Azərbaycandır!!!
Hamlet Tofiqoğlu

Azərbaycan – Türkiyə

30 ildir darda qalan,
Şəhərlərim, kəndlərim,
Elim, obam, yurdum, yuvam,
Mənim xalqım, Azərbaycan!
Başlandı müharibə! Gözün aydın Azərbaycan!
2 dövlət 1 millət!
Azərbaycan – Türkiyə!
2020-ci il 27 sentyabr səhər saat altı
Tərtərimin başını Qara buludlar aldı!
Səbirlisən - səbirsiz ol!
Azərbaycan – Türkiyə!
Keç hücuma! – düşmən töksün gözyaşı.
Qalx ayağa! Vətənimin vətəndaşı
Qələbə çal – çağır gəlsin.
Türk qardaşı...
Azərbaycan – Türkiyə
Samvel usta hazırla sən,
Paşinyana qəbir daşı,
Özün də ol Nikola baş daşı
Qatil Anna qoy axıtsın,
Ömrü boyu göz yaşı!
Ali Baş Komandan! Veribdir Əmr!
Vardır mənim igidlərim, ərənlərim
Caldır, mənim mehmətçiyim!
Caldır, Al Bayraqlı Albayım!
Vur Zabitim, Vur əsgərim!
Vur! Vur! Məhv olsun
Düşmənlərim!
Hirsiz – yersiz torpağıma
Gözlərini dikənlərim
Yaşa var ol Azərbaycan – Türkiyə!
Hamlet Tofiqoğlu

İLHAMLA İRƏLİ

Azərbaycan Ərazi bütövlüyünü bərpa edəcək,
Əmin olun ki, xalqımız bayrağını tezliklə
Laçında, Şuşada. Bir sözlə
Qarabağ torpağında görəcək!
Xalqımızı sevənlər 2020-ci il 10 noyabr tarixdə
Qələbəmizi bəyan edəcək
Türkiyə, Azərbaycana yalnız siyasi dəstək verəcək
Qoy dünya bilsin ki, Azərbaycan təkbaşına
Havada da, quruda da düşmənini məhv edəcək!
Ay Baş Nazir! Başı boş Nazir!
Başa düş Nikol, yaxşısı budur təslim ol!
Yoxsa düşmən texnika və canlı qüvvə itirəcək
Yaponiyada “Nikkei” qəzetində Prezident müsahibəsi
Ən çox oxunan 44 gündə 30-a yaxın intervüsü
Dünyada böyük maraq doğuran,
Ay təlxək bil ki, Özü suda boğulan
Gorbagor olub, cəhənnəmdə qovrulan!
Spiker A.Mirzoyan yanacaqsan Paşinyan
Etiraf etdi Hərbiçi A.Akanesyan
Biz AZərbaycandan çox geridə qalmışıq
Rusiyadan pulsuz texnika silah-sursat,
İraqdan, Livandan canlı qüvvə almışıq.
Azərbaycan ordusunun qarşısında yenə aciz qalmışıq,
Bunu bilsən, ay meymunum, ay təlxəyim.
Ohanyanım, Erevanım, Paşinyanım!
İndi yeni tarix yazır qanım, canım
Müzəffər sərkərdədir nər oğlu
Heydər oğlu İlhamım
Mənim xalqım, seçkilərdə səs vermişdir İlhama
Seçildi, bir daha Hamı gəldi İnama
İlhamla irəli oldu bizim şüarımız!
Bütöv Azərbaycanda ucaldı bayrağımız!
Heydər Ata ruhun olsun şad!
Qarabağ torpağı əzəldən Erməniyə olub yad!
Göydən nida gəldi birdən
Torpaq dilə gəldi İlahidən
Dedi Ali Baş Komandanım
Heydər oğlu İlhamım
Qorxmaz igid, cəsur, qətiyyətli
Diplomat siyasətçi İlhamım
Türkiyədən Azərbaycana xoş gəlibdir
Rəcəb Təyyub Ərdoğanım
Xalqımızı qorusun o böyük Yaradanım!

Hamlet Tofiqoğlu
Şah əsərdir: - Azərbaycan

Yazarlar, şairlər - əsərləri qələmlə dəftərə, kağıza yazar
“Azərbaycan” adlanan Şah əsərin memarı, qurucusu
Heydər Əlirza oğlu Əliyev, canlı yaradar!
Alış müəllim. Getdiyi xaricdə və ya daxildə,
Gəzdin Sən cahanı, gördün dünyanı, yalnız təbliğ etdin Azərbaycanı,
Ulu Öndərin Misilsiz xidmətlərin aldın qələmə.
O, böyük şəxsiyyət o, böyük insan
Göndərdi salam və ehtiram – Qorqud dədəmə
Müəllif, kitabın çap olub, verildi bu ad!
“Taleyi Tarixə dönən şəxsiyyət”!
Ey dünya nəhəngi! yüksəldin həyatda öz əməlinlə,
Səs saldın Dünyaya, “Bakı –Tblisi - Ceyhan” neft kəmərinlə,
Düşmən gördü neft kəmərinin uzunluğunu
Beynəlxalq arenada artan ölkəmizin nüfuzunu
Vətənimizdə inkişafı, tərəqqini görən, Sarkisyan, Karabctyan lap canə gəldi
İlahi, şahənə bir gözəllik! 2015-ci ildə Dünya Azərbaycana gəldi!
Oğluna dedin ki, əzizim bala, Amerikadan, Rusiyadan sən qalma dala
3 – şeyə borcluyam mən bu dünyada
Yaradanıma, zəhmətimə, birdə xalqıma
Oğul zəhməti ilə davam etdirdi, ata yolunu
İlham hər yerdə - Rusiyada, ABŞ-da, Fransada düşmənin bağladı əl qolunu,
Doğrudan da Tarixdə Şəxsiyyətdən törəyirmiş Şəxsiyyət!
Dünyanı mat qoydu göstərdiyi fəaliyyət,
Ata Ruhu İlhamından aldı İlham
Hamlet müəllim, götür sən qələm – dəftəri, dayanma bu an!
Tezliklə çox dəyərli Vətənpərvər şerləri ərsəyə gətir,
“Payızın 44-cü anı” kitabını, xalqına yetir!

Hamlet Tofiqoğlu

Son xəbərlər

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurda “Rəqəmsal Cəmiyyət Mükafatı”na layiq görülüb

Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ

Kosova Avropa Şurasına üzv olur

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031