İdman zalında satışı qadağan olunan dərmanlar aşkarlandı

Baxış Sayı:191

İdman zalında satışı qadağan olunan dərmanlar aşkarlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb.

Orada məşq etməklə karantin qaydalarını pozan 5 nəfər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə həmin idman zalına keçirilən baxış zamanı sözügedən obyekti icarə əsasında işlədən Cəlilabad şəhər sakini Bəhruz Ağayevin məşq etmək üçün ora gələn şəxslərə satdığı tərkibində güclü təsiredən maddələr olan və satışı qadağan olunmuş konvalyut və qutularda ümumilikdə 3 750 ədəd dərman həbi aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır

Oxşar xəbərlər
SON XƏBƏRLƏR