Brent markalı xam neftin qiyməti mart ayından bəri ilk dəfə 49 dolları keçib
Yanvar ayından etibarən ucuzlaşan Brent markalı neftin bir barelinin qiyməti 49,06 dollar olub.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, son birja məlumatlarında öz əksini tapıb.
Qeyd edək ki, Brent markalı neftin qiymət artımı martın 6-dan bəri ilk dəfədir bu həddə yüksəlir.