Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO
Şanlı Azərbaycan Ordusu 27 ildir düşmən tapdağı altında qalmış doğma torpaqlarımızda uğurlu hərbi əməliyyatlar nəticəsində düşmənə ağır zərbələr vurmaqda davam edir. Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir-birinin ardınca işğaldan azad edilir. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı... Qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqı müzəffər Ordumuzun bu gün-sabah Laçın, ardınca Şuşadan xəbər verəcəyini səbirsizliklə gözləyir.

Cəbhədəki vəziyyəti nəzərə alan Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir. O foto ki, hamımızın gedə biləcəyimiz günü səbirsizliklə gözlədiyimiz Şuşa şəhərilə bağlıdır.

Təqdim etdiyimiz fotoşəkil 1982-ci il iyul ayının 29-da Şuşada çəkilib. Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.
Həmin tarixi anlarda hazırkı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub. Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi.

Xatırladaq ki, erməni millətçilərinin 1967-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində, Xankəndi şəhərində törətdikləri məlum cinayətlər zamanı, o dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyevin qətiyyəti nəticəsində cinayətkar erməni qrup ifşa olunaraq layiqli cəzalarını alıblar. Bu hadisədən sonra, artıq respublikaya rəhbərlik etdiyi dövrdə Heydər Əliyev vilayətə və onun mərkəzi olan Xankəndi şəhərinə xüsusi diqqət ayırıb.

Təsadüfi deyil ki, 1973-cü ildə vilayətin yaranmasının 50 illik yubiley tədbiri ilə Xankəndi şəhərində keçirilən iclasda - bayram tədbirində Heydər Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək yersiz torpaq iddiaları olan ermənilərə bir cümlə ilə fikrini bildirib:

“Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...”.

Bununla da, millətçi ermənilər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə planlarını həyata keçirə bilməyiblər. Heydər Əliyevin təşəbbüsü ilə bir çox tədbirlərin vilayətdə keçirilməsi, xüsusilə də görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin məhz Qarabağda təşkil olunması, müxtəlif konfrans və festivalların bu məkana salınması ermənilər üçün arzuolunmaz hal idi.

“Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz fotoşəkil də buna əyani sübutdur.

Bu şəklin yeniləşəcəyi günə, Şuşanın çal-çağıırlı çağlarına yenidən qovuşacağımız vaxta çox qalmayıb. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun gündən-günə artan qüdrəti bunu deməyə tam əsas verir...

Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO

Son xəbərlər

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031