Həyatını xalqın gələcəyinə həsr edən peşə sahibləri


Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlər: böhran dövründə aparıcı rol və gələcəyin yenidən düşünülməsi” mövzusuna həsr olunub. Bu əlamətdar günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

UNESCO-nun Baş direktoru Odre Azule, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, UNICEF-in icraçı direktoru Henrietta For və Beynəlxalq Təhsilin Baş katibi David Edvards Beynəlxalq Müəllimlər Günü münasibətilə ictimaiyyətə birgə müraciət ünvanlayıblar. Müraciətdə COVID-19 pandemiyası şəraitində müəllimlərin qarşılaşdıqları çətinlik diqqətə çatdırılır.

“Pandemiya göstərdi ki, müəllimlər təlim-tədrisin davamlılığının təmin edilməsi və şagirdlərin intellektual, mənəvi-ruhi sağlamlığı, rifahının qorunması üçün mühüm töhfə verirlər. COVID-19 pandemiyası ilə əlaqədar məktəblərin bağlanması təxminən 1,6 milyard şagirdə, ümumilikdə dünya üzrə təhsilalanların 90 faizindən çoxuna təsir etdi. COVID-19 böhranı 63 milyondan çox müəllimə də təsir göstərdi, bir çox təhsil sistemindəki davamlı boşluqları vurğuladı və əhali üçün fəlakətli nəticələrə səbəb olan bərabərsizliyi daha da artırdı. Böhran şəraitində müəllimlər əvvəllər dəfələrlə etdikləri kimi, təhsilin davamlılığını və heç bir şagirdin təhsildən geri qalmamasını təmin edən əsl lider kimi davrandılar”, -deyə müraciətdə vurğulanır.

Qeyd edilir ki, COVID-19 pandemiyasından sonra təhsil sisteminin dayanıqlılığını artırmaq haqqında düşünmək vacibdir. Buraya təhsilin maliyyələşdirilməsi, qorunması, yüksək keyfiyyətli pedaqoji təlimə investisiya qoyulması və mövcud müəllim heyəti üçün davamlı peşə təhsili daxildir. Təcili tədbirlər görülməsə və investisiyalar artırılmasa təhsil böhranı fəlakətli ola bilər. COVID-19 pandemiyası şəraitində hökumətlər, sosial tərəfdaşlar və digər əlaqədar qurumlar müəllimlər qarşısında daha böyük məsuliyyət daşıyırlar.

Müraciətdə 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinin 4-cü hədəfinə nail olmaq istiqamətində, habelə pandemiyanın nəticələrinin aradan qaldırılmasında müəllimlərin rolu yüksək qiymətləndirilir. Vurğulanır ki, təhsil konsepsiyasını yenidən nəzərdən keçirməyin və hər bir uşaq üçün keyfiyyətli tədrisə bərabər giriş təmin etməyin vaxtıdır.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Müəllimlik sənəti şərəfli bir sənətdir” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılması qayğısına qalıb.

Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.

Son dövrdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Son xəbərlər

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Türkiyə Ordusu İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirib

Slovakiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Oktyabrın ən uğurlu və əlverişsiz günləri

“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq

“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

Slovakiyada keçirilən parlament seçkilərində lider partiyanın adı açıqlanıb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

ABŞ kimyəvi silahların məhv edilməsinə 50 milyard dollardan çox vəsait xərcləyib

MDB platformasında psixiatrik və narkoloji yardımın göstərilməsinin mükəmmələşdirilməsi məsələləri müzakirə olunub

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Oktyabrda Bakıda növbəti “Baku Fintech Forum 2023” keçiriləcək

Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR

Rotterdamda atışmada 3 nəfər ölüb

Erməni bloger İlham Əliyevə müraciət etdi

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Rusiya ordusu Kursk və Kaluqada 11 PUA vurdu

Paşinyanı hədələyən Şuşanyan həbs edildi

Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ZİYAN VURUR?

Toyların keçirilməsinə QADAĞA QOYULUR?

Bu şəxslər quru yolla sərhədi keçə bilər

Hərbçilərimiz Xocavəndin mərkəzində - VİDEO

Türkiyəli nazir Qənirə Paşayevadan YAZDI

Bütün xəbərlər
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031