Siyavuş Novruzov daha bir vəzifəsini itirdi

Baxış Sayı:226

Siyavuş Novruzov daha bir vəzifəsini itirdiMilli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.

"Turaztv.az" BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə virtualaz.org-a partiyadakı mənbədən məlumat verilib.

Bildirilib ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: “O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.

Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan azad edilmişdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR