Hava kəskin dəyişəcək - Xəbərdarlıq!

Baxış Sayı:174

Hava kəskin dəyişəcək - Xəbərdarlıq!Ölkə ərazisində hava kəskin dəyişəcək. Paytaxt və bölgələrdə temperatur aşağı enəcək. Bəzi yerlərdə yağış yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Hava kəskin dəyişəcək. Bakıda yağış, bölgələrdə isə dolu gözlənilir. Milli Hidrometereologiya Xidmətinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə aşağı düşəcək. Yağış yağacağı və bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bölgələrdə isə bu gün günün ikinci yarısından sentyabrın18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 25-30 dərəcə, dağlarda isə 15-20 dərəcə isti gözlənilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR