Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO


FHN Xüsusi Riskli Xilasetmə xidmətinin dəstə rəisi Fuad Əhmədov bildirib ki, 4 sentyabr 14:38 radələrində FHN-in qaynar xəttinə hadisə barədə məlumat daxil olub:

"Məlumat əsasında Mövsüm Sənani küçəsi ilə Azadlıq prospektinin kəşisməsində olan doqquzmərtəbəli binanın qarşısında olan qaldırıcı yük kranın hərəkətdə olarkən bir hissəsi binanın üzərinə düşüb. Hadisə zamanı kran sürücüsü aldığı xəsarətlərdən vəfat edib. Hadisə nəticəsində binanın bir neçə mərtəbəsinə ziyan dəyib. Araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək".

15.40

Hadisə “Qaranti inşaat-2012” şirkətinin həyata keçirdiyi hüdürmərtəbəli binanın tikintisi zamanı baş verib.

Oxu.Az-ın Nərimanov rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata əsasən, kran xidmətinin göstərilməsinə görə digər bir şirkətlə müqavilə bağlanıb. Məhz həmin kranın bir hissəsi qoparaq yaxınlıqdakı doqquz mərtəbəli binanın üzərinə düşüb və binada 3 mənzilin tavanına ziyan dəyib.

Hadisə nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.



15.31

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

Oxu.Az xəbər verir ki, həmin şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.

15:25

Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

15:04

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması nəticəsində bir nəfər kişi ölüb.

14:46

Paytaxtın Azadlıq prospektində kranın doqquzmərtəbəli binanın üzərinə aşması nəticəsində yaralananların və ölənlərin olduğu bildirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın altında musiqi məktəbi yerləşir. Hazırda hadisə yerinə FHN və dörd ədəd təcili tibbi yardım maşını cəlb olunub.

Binanın həyətində 10-a yaxın avtomobilə zərər dəyib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Qeyd edilib ki, hadisə nəticəsində hələlik bir nəfərin öldüyü təsdiqlənib.

14:26

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Şahidlərin Report-a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında baş verib.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.





Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurda “Rəqəmsal Cəmiyyət Mükafatı”na layiq görülüb

Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ

Kosova Avropa Şurasına üzv olur

Ramazanın 18-ci gününün DUASI

Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişini pozub

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031