Mehriban Əliyevanın doğum günüdürBu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ömrünün 56-cı baharına qədəm qoyur.
Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan – İrs” jurnalını təsis edib.
O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidentidir.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12 faiz (23 106 səs) səs toplayaraq deputat seçilib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49 faiz (31 797 səs) səs toplayaraq deputat seçilib.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və Mehriban Əliyeva komitənin sədri təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edilib.
2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7 faiz (38 029 səs) səs toplayaraq deputat seçilib.
2016-cı ilin iyununda Mehriban Əliyeva Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
O, 24 iyun 2019-cu ildə ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.
Mehriban xanımı ad günü münasibətilə "Turaztv.az"saytının və "Ədalət və Həqiqət" qəzetinin Baş redaktoru Cəmil Dadaşov başda olmaqla bütün yaradıcı heyət səmimi qəlbdən təbrik edirlər və ilk öncə sansağlığı,bu çətin və gərgin işlərində müvəffəqiyyətlər arzulayırlar.Allah qorusun.AMİN!

Son xəbərlər

19 YAŞ, 23 SAATLIQ DÖYÜŞ VƏ ŞƏHİDLİK ZİRVƏSİ... FOTO

Azərbaycanlı istedad Türkiyə yığmasının hədəfində - FOTO

Sabiq nazirin nəvəsinə vəzifə verildi - FOTO

Könül Kərimova ELƏ GEYİNDİ Kİ... - FOTO

Vardanyan onlar üçün acı olan həqiqəti etiraf etdi

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Hikmət Hacıyevdən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA: "Heç gözləmirdik"

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Bayraktar Xocalı ilə bağlı paylaşdı: "10 illər sonra..." - FOTO

Xankəndidə dinc əhalinin böyük bir qrupu girov götürüldü

Ombudsman Qarabağın erməniəsilli sakinlərinin hüquqlarının təmin olunmasından danışdı

Hava şəraiti bu tarixdən dəyişəcək - XƏBƏRDARLIQ

"Gürcüstan qalıcı sülh üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır" - Baş nazir

Hatayda yüzlərlə insanın məzarına çevrilən məşhur bina ilə bağlı daha bir həbs

Azərbaycana payız fəsli daxil olub

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

İsrailin Baş nazirindən Azərbaycanla bağlı açıqlama - Hər şey əladır!

Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşəcək

Qarakənd yaşayış məntəqəsində tərk edilmiş döyüş mövqeyləri - VİDEO

Antiterror tədbirləri Kolumbiya mətbuatında

Rusiya, İran və Türkiyə XİN rəhbərləri BMT-də Astana formatında görüş keçirdilər

42 rusiyalıya və 21 təşkilata qarşı sanksiya!

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib

Vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR - Bu şəxslərin vergisi AZALDILACAQ

Daxili İşlər Nazirliyi özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntüləri ilə bağlı açıqlama yayıb

Bütün xəbərlər
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930