Məktəblinin intiharı ilə bağlı qalmaqal böyüyür

Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın, həmçinin vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevin hal-hazırda gedən məhkəmə-tibbi ekspertizada iştirakı üçün ekspert olan Vüqar Məmmədovla bağlı qaldırdıqları vəsatətin rədd edilməsi barədə məlumat vermişdik, bu barədə Lent.az-a yenidən danışan Sevil Hüseynova bildirib ki, ona verilən sənəddə nə imza, nə də ki, möhür olmayıb:

"Rəsmi sənəd kimə, hara göndərilib, bilmirik. Vəkillərimə hələ də bu məlumat çatmayıb. Nə üçün bu məsələyə bu qədər etinasız yanaşıldığını anlamıram. Prezidentə müraciətimdə bildirdiyim kimi, ekspert Vüqar Məmmədovun məhkəmə-tibbi ekspertizada iştirakını istəyirəm. Bu mənim haqqımdır, ancaq bundan sonra əmin ola bilərəm ki, qızımın ölümünə nə səbəb olub”.

S.Hüseynova əlavə edib ki, müstəntiqin cavabında dünya şöhrətli ekspertin (Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidentidir) nə üçün prosesə cəlb olunmaması ilə bağlı əsaslandırılma yoxdur:

"Axı buna əsaslı cavab verilməli idi ki, V.Məmmədovun iştirakı nəyə və kimə mane olacaqdı? Onun nüfuzu, obyektivliyi açıq-aşkar görünür, axı nə səbəbdən olmaz?

Qərarın möhürsüz, imzasız olmasından daha çox bu mənə təsir edir. Sadəcə bir cümlə yazılıb ki, ona ehtiyac yoxdur. Nəyə görə yoxdur?”

Cinayət işində Elinanın anasının hüquqlarını müdafiə edən vəkillərdən biri olan Sevinc Əliyeva isə Lent.az-a mövzu ilə bağlı açıqlama verərək bildirib ki, müstəntiqin sözügedən vəsatətlə bağlı qəbul etdiyi rəsmi qərar hələ də onlara çatmayıb:

"Müstəntiq bizə məlumat verdi ki, qərar vəkil bürolarına poçtla göndərilib. Lakin bir neçə gün ərzində qərar gəlmədiyinə görə biz müstəntiqdən xahiş etdik ki, qərarın bir nüsxəsi bizə verilsin. Müstəntiq də müsbət qərar verdi və qərarın alınması üçün prokurorluğa vəkillərimizdən biri getdi. Alınan qərarı elə həmin gün Sevil Hüseynovaya təqdim etdik.

Bəli, doğrudur, qərarda nə imza, nə də ki, möhür yox idi”.

Qeyd edək ki, Sevil Hüseynova sözügedən qərarın fotolarını saytımıza göndərib. Fotolardan da məlum olur ki, həqiqətən də sənəddə nə imza, nə də ki, möhür yoxdur.

Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.

Həmçinin bildirək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031