SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası, XEYLİ SAYDA ÖLÜ VƏ YARALI VAR - YENİLƏNDİ

Baxış Sayı:208

SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası, XEYLİ SAYDA ÖLÜ VƏ YARALI VAR - YENİLƏNDİHindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 17 nəfər ölüb, 123 nəfər xəsarət alıb.

"Turaztv.az" Apa-ya istinadla xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

“Flightradar24” xəbər portalının məlumatına görə, qəza enişi edən “Boeing 737” Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib.

“Airfleets” portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.

Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.

Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.

***

Hindistanın "Air India Express" hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Turaztv.az"-ın Apa-ya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 uçuş heyəti üzvü olub.
Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
Hava yollarının sözçüsü bildirib ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yerli media isə ən azı 40 adamın yaralandığını yazır.
Xilasetmə və təcili yardım qüvvələri qəza baş verən yerə gəlib. Qəza nəticəsində ölənlərin olub-olmadığı hələ məlum deyil.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR