Koronavirus dövründə beş milyona yaxın insan sosial paketlə əhatə edilib - RƏSMİ

Baxış Sayı:124

Koronavirus dövründə beş milyona yaxın insan sosial paketlə əhatə edilib - RƏSMİ


“Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə qeyd etdiyi kimi, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür.

Biz təqribən beş milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

S.Babayev diqqətə çatdırıb ki, iş yerlərinin qorunması, eləcə də, özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən əmək müqavilələrinin sayında da 120 min (19 faiz), əməkhaqqı fondunda isə 15 faiz artım özünü göstərib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR