turaztv.az
turaztv.az

Əhaliyə XƏBƏRDARLIQ! Avqustun 4-nə kimi...

1-08-2020, 18:25 66 dəfə baxılıb

Əhaliyə XƏBƏRDARLIQ! Avqustun 4-nə kimi... Avqustun 2-si axşamdan avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "Turaztv.az"-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 2-də Azərbaycanın şimal və qərb rayonlarında, avqustun 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, avqustun 2-də gündüz və avqustun 3-də küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu avqustun 3-də 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 4-ü gündüzədək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avqust 2020 (150)
İyul 2020 (561)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)