turaztv.az
turaztv.az

Deputat gəlirlərini və xərclərini açıqladı: “Maaş kartımda 9 min 860 manat 59 qəpik var”

1-08-2020, 12:54 57 dəfə baxılıb

Deputat gəlirlərini və xərclərini açıqladı: “Maaş kartımda 9 min 860 manat 59 qəpik var”Milli Məclisin deputatı Erkin Qədirli bu ilin mart-avqust ayları üçün əldə etdiyi gəlirin məbləğini açıqlayıb.

E.Qədirli bildirib ki, maaş, bayram payları və məzuniyyət haqqı daxil olmaqla, 20 min manat alıb.

"Bu isə aylıq ortalama olaraq 3,3 min manatdır. Maaşdan başqa gəlirim yoxdur”, - deyə E.Qədirli əlavə edib.

Millət vəkili qeyd edib ki, gəlirinin dörd min manatını xeyriyyə işlərinə, 2 400 manatını anasının evinin təmirinə, 1 500 manatını avtomobilinin təmirinə, 1 000 manatını saytın qurulmasına xərcləyib.

Onun sözlərinə görə, yerdə qalanları isə digər xərclərə - kommunal, benzin, saytlarda abunə haqlarına, ərzağa – sərf olunub.

E.Qədirli söyləyib ki, hazırda maaş kartında 9 min 860 manat 59 qəpik var.

"Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Doğum günümdə dostlar Çin istehsalı olan bir smartfon, bir kostyum, bir köynək və bir qalstuk bağışlayıblar”.

///oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avqust 2020 (151)
İyul 2020 (561)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)