turaztv.az
turaztv.az

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı - Kredit faizləri də azalacaqmı? – İqtisadçıdan SKEPTİK ŞƏRH

31-07-2020, 22:12 50 dəfə baxılıb

“Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması müsbət addım olsa da, gözləntiləri doğrultmayacaq”.

Bu fikirləri Yenicag.az -a açıqlamasında Mərkəzi Bankın uçot dərəcəsini 7 %-dən 6,75%-ə endirməsinin kredit faizlərinə mümkün təsirini şərh edən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib.

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı - Kredit faizləri də azalacaqmı? – İqtisadçıdan SKEPTİK ŞƏRHNazim Bəydəmirlinin fikrincə, ölkənin bank sektorunda mövcud olan boşluqlar effektiv nəticə əldə etməyə imkan vermir:

“İqtisadiyyatda şəffaflığı təmin edən, o cümlədən, fəaliyyəti hökumətin siyasətindən asılı olmayan Mərkəzi Bankın olduğu ölkələrdə uçot dərəcəsinin aşağı salınması kredit faizlərinə müsbət təsir edir.


Yəni uçot dərəcəsinin aşağı düşməsi ümumi kredit faizlərinin də enməsinə səbəb olur. Lakin Azərbaycanda uçot dərəcəsi aşağı salınsa da, kredit faizləri yüksək olaraq qalır. Mərkəzi Bankın kommersiya banklarının kreditləşməsində iştirak payı çox azdır. Ona görə də uçot dərəcəsinin aşağı salınması gözlənilən nəticəni verməyəcək”.

İqtisadçı hesab edir ki, Mərkəzi Bankın atdığı müsbət addımların nəticəli olması üçün Ümumi Daxili Məhsulda (ÜDM) bankların iştirak payı artırılmalıdır:

“Ümumilikdə Azərbaycanda resurslar kifayət qədər bahadır. Təəssüf ki, Azərbaycan hökuməti Dövlət Neft Fondu və Mərkəzi Bank olaraq, ölkə vəsaitlərinin çox hissəsini xarici banklarda saxlamağa üstünlük verir. Buna baxmayaraq, istehlak kreditlərinin faizi 30-dan da yüksəkdir və bu üzdən vətəndaşlar kreditlərdən yararlana bilmirlər. Ancaq bütün hallarda uçot dərəcəsinin aşağı salınması müsbət haldır”.

Gülşən Şərif






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avqust 2020 (148)
İyul 2020 (561)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)