turaztv.az
turaztv.az

Azərbaycanda qadını amansızlıqla qətlə yetirib yol kənarına atdılar

31-07-2020, 15:14 55 dəfə baxılıb


Azərbaycanda qadını amansızlıqla qətlə yetirib yol kənarına atdılar
Dünən saat 10:00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində bir ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub.

Hacıqabul Rayon Prokurorluğunun bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avqust 2020 (150)
İyul 2020 (561)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)