turaztv.az
turaztv.az

Karantin qaydalarını pozan çay evi aşkarlandı, sahibkar cəzalandırıldı

30-07-2020, 10:38 34 dəfə baxılıb

Karantin qaydalarını pozan çay evi aşkarlandı, sahibkar cəzalandırıldı

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı şəhərin Qala xiyabanı küçəsində fəaliyyət göstərən “Real” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq, müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin rejimi qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və altı nəfər müştəri Lənkəran ŞRPŞ-yə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

R.Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Rayon Məhkəməsinə göndərilib.

Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avqust 2020 (148)
İyul 2020 (561)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)