turaztv.az
turaztv.az

Həftə sonu evdən çıxmaq qadağan edildi - Bəs bazar ertəsi ? / Qərargahdan AÇIQLAMA

5-06-2020, 11:57 712 dəfə baxılıb

Həftə sonu evdən çıxmaq qadağan edildi - Bəs bazar ertəsi ? / Qərargahdan AÇIQLAMA


Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq edilir.

Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilir, bu barədə Baş nazir Əli Əsədov qərar verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, "evdən yalnız iki halda - şəxsin həyatına real təhlükə yaranarsa, və ya yaxın qohumun dəfninə getmək üçün" çıxmaq olar.
Bəs, bazar ertəsi necə olacaq?
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu təcrid bazar ertəsi səhər saat 6-ya kimi qüvvədədir. Ancaq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda karantin rejimi qüvvədə olduğu üçün maska taxmaq zəruridir.
O cümlədən, hələlik, karantin rejiminə son verilmədiyi üçün həmin məhdudiyyətlər və kafe-restoranların axşam saat 10-dək işləməsi qüvvədə qalır.
Həftəsonu ictimai nəqliyyat işləməyəcək, o cümlədən fərdi avtomobillərdən də istidafəyə icazə verilməyəcək.
İbrahim Məmmədovun sözlərinə görə, "sərt karantin rejimində işləmək icazəsi olan şəxslər xidməti avtomobildən istifadə etməlidirlər".(bbc.azərbaycan)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avqust 2020 (200)
İyul 2020 (561)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)