Deputatların, nazirlərin və icra başçılarının maaşı: Kəskin fərq var – TAM SİYAHI


Azərbaycanda Milli Məclisin deputatları mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən 2-3 dəfə çox əmək haqqı alırlar.

Yeniavaz.com xəbər verir ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir. Hazırda Qanunun 21-ci maddəsinə əsasən Milli Məclisin sədri ay ərzində 6 min 187 manat 50 qəpik maaş və maaşa əlavə alır.

Bundan başqa Milli Məclisin sədrinin 1-ci müavini ay ərzində 5 min 568 manat 75 qəpik, Milli Məclisin sədrinin müavini 5 min 258 manat 37 qəpik, Milli Məclisin komitə və komissiya sədri 4 min 950 manat, Milli Məclisin komissiya sədrinin müavini 4 min 640 manat 62 qəpik, sıravi deputat isə 4 min 331 manat 25 qəpik məbləğində maaş və əlavə alır.

Qeyd edək ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin maaşı "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə tənzimlənir. Bu Sərəncama əsasən hazırda Azərbaycanın Baş naziri ay ərzində 3 min 75 manat maaş və maaşa əlavə alır. Göründüyü kimi Baş nazirin əlavələrlə birgə aldığı maaş Milli Məclis sədrinin əlavələrlə birgə aldığı maaşdan 2 dəfə azdır.

Eyni zamanda yerli icra hakimiyyəti başçıları arasında ən yüksək maaşı Bakı şəhər İcra hakimiyyətinin başçısı alır ki, bu da əlavələrlə birgə 2 min 406 manat 25 qəpiyə bərabərdir. Bakı şəhər İcra hakimiyyətinin başçısının əlavələrlə birgə aldığı maaş Milli Məclis sədrinin əlavələrlə birgə aldığı maaşdan 2,6 dəfə, sıravi deputatın maaşından isə 1,8 dəfə azdır

Son xəbərlər

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031