turaztv.az
turaztv.az

Baş nazirdən karantin dövründə işləyən şəxslərlə bağlı MÜHÜM QƏRAR

16-05-2020, 18:18 797 dəfə baxılıb

Baş nazirdən karantin dövründə işləyən şəxslərlə bağlı MÜHÜM QƏRAR


Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən
edilib:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.

Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avqust 2020 (148)
İyul 2020 (561)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)