turaztv.az
turaztv.az

ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO

10-04-2020, 10:22 76 dəfə baxılıb

ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO
"ABŞ-da koronavirusa yoluxan xeyli sayda azərbaycanlı və türklər var".

Bu barədə "Report"a Türk Amerikan Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Tulga Tekman məlumat verib.

Onun sözlərinə görə, ABŞ-da pandemiya qurbanlarının yarıdan çoxu Nyu-Yorkda Türkiyə əsillilərin sıx yaşadığı dörd əyalətdədir:

"Amerikada yaşayan azərbaycanlıların əksəriyyəti türklərlə işləyir, bu səbəbdən onların yaşadığı ərazilərdə məskunlaşıblar. Koronavirusa yoluxan tanıdığım bir neçə azərbaycanlı var və müalicələrini davam etdirirlər. Hazırda Türkiyə əsillilərindən ölənlər daha çoxdur. Ölümlər daha çox Paterson, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada qeydə alınır və sayıları da gedərək artır. Ötən gün koronavirusun qurbanı olan 6 türkü Nyu-Yorkdakı məscidə apardılar və yaxınlarından bir-iki nəfərin iştirakı ilə dəfn etdilər".

Eyni zamanda T.Tekman bir çox cənazənin "Türk Hava Yolları" şirkətinə məxsus karqo təyyarələri ilə Türkiyəyə aparıldığını da bildirib.

Hazırda ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Azərbaycan vətəndaşı Elvin Qoca "Report"a açıqlamasında vəziyyətin gündən-günə çətinləşdiyini deyib: "Biz telefon və sosial media üzərindən yaratdığımız qruplar vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq. Hər kəs qorxu içərisindədir və koronavirusa yoluxan bir neçə həmvətənimiz var".

O, Amerikada ölənlərin sayının hər gün artdığını da söyləyib: "Açığı, ilk günlər mən də bu ölkədə yaşayan digər azərbaycanlılar kimi məsələnin ciddiliyinə inanmırdım. Ancaq gün keçdikcə vəziyyətin nə qədər təhlükəli olduğunun fərqinə vardıq. Bir neçə azərbaycanlının yoluxduğundan məlumatımız var. Ümid edək ki, yaxın zamanda hər şey yoluna düşəcək. "Times” meydanında heç kim yoxdur. Bu görüntünü sadəcə filmlərdə görmək olardı. Yaşamaq uğrunda mübarizə gedir. İnsanlar evlərində oturub həyatda qalmağa çalışırlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

May 2020 (437)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)