turaztv.az
turaztv.az

Sms ilə icazə alanda bunu etsəniz CƏZALANA BİLƏRSİNİZ - RƏSMİ

9-04-2020, 16:57 119 dəfə baxılıb

Sms ilə icazə alanda bunu etsəniz CƏZALANA BİLƏRSİNİZ - RƏSMİ

"Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir".

Metbuat.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib:

"Bir daha xatırladırıq ki, "3" kodu yaxın qohumunun dəfnində iştirak üçün nəzərdə tutulub. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub.

Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda, bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və hüquq-mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

May 2020 (437)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)